Şagirdlər, arxiv şəkli

Uşaqlara xarici dili hansı yaşda tədris etmək lazımdır Alim cavab verib

25
(Yenilənib 19:18 11.09.2019)
Artıq altı ayında uşağın beyni intonasiya səhvlərinə reaksiya verə bilir, deməli bilik əldə etməyə hazırdır

BAKI, 12 sentyabr — Sputnik. Uşaqlara xarici dillərin tədrisini məktəbəqədər yaş dövründə başlamaq lazımdır.

Sputnik Azərbaycan "Rossiyskaya Qazeta" nəşrinə istinadən xəbər verir ki, bunu Nijeqorod Dövlət Universitetinin psixofiziologiya kafedrasının dosenti Valeriya Demaryova deyib.

Onun sözlərinə görə, artıq altı ayında uşağın beyni intonasiya səhvlərinə reaksiya verə bilir: "Deməli, (uşaq – red.) bilik əldə etməyə hazırdır".

"Hesab edirəm ki, 3-4 yaşında uşaqlara artıq xarici dili öyrətmək olar və lazımdır. Özü də bunu kiçik, məsələn 4-5 nəfərdən ibarət qruplarda etmək lazımdır", - Demaryova deyib.

Onun fikrincə, pedaqoqlar xarici dilin tədrisini əlifba ilə başlamamalıdırlar: burada cizgi filmlərinə baxmaq, şerlər və mahnılar oxumaq daha uyğun olardı.

25