Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Putinin Ermənistana mümkün səfəri Yerevanda çaşqınlığa səbəb olub

21
(Yenilənib 19:55 11.09.2019)
Burada Avrasiya İqtisadi Birliyinin Ali Şurasının iclasının keçirilməsi barədə qərar var. Bu orqan isə Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin liderləri səviyyəsində fəaliyyət göstərir

BAKI, 11 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putinin Ermənistana səfərini gözləmək lazımdır. Sputnik Ermənistan xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.

Qeyd edək ki, bu ilin oktyabrın 1-də Avrasiya İqtisadi Birliyinin Ali Şurasının iclası keçiriləcək. İclasda Rusiya liderinin də iştirakı gözlənilir.

"Azadlıq" radiosunun jurnalisti maraqlanıb: Putinin oktyabrda səfərini gözləmək olarmı? Səfir cavablandırıb: "Lazımdır".

Ardınca bu sual səslənib: "Bəs o, gələcək?"

"Sizdə başqa məlumat var? Məndə başqa məlumat yoxdur. Biz Yerevanda Avrasiya İqtisadi Birliyinin Ali Şurasının keçirilməsindən çıxış edirik", - deyə Kopırkin vurğulayıb.

"Azadlıq" radiosunun jurnalisti bir daha səfər barədə qərarın verilib-verilməməsi ilə maraqlanıb.

Kopırkin əlavə edib ki, burada Avrasiya İqtisadi Birliyinin Ali Şurasının iclasının keçirilməsi barədə qərar var. Bu orqan isə Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin liderləri səviyyəsində fəaliyyət göstərir: "Bildiyim qədəri ilə başqa bir qərar yoxdur".

Xatırladaq ki, daha öncə Putinin Yerevana səfər edəcəyini Ermənistanın Xarici İşlər nazirinin müavini Şavarş Koçaryan da bəyan etmişdi.

21