Ukrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli

Zelenski ABŞ-a gedir - Bu dəfə Tramp "titrəyə" bilər

1624
(Yenilənib 08:31 10.09.2019)
Pristayko Zelenski və Trampın görüş tarixini dəqiqləşdirməyib: "Müxtəlif tarixlər var, biz hazırda onları nəzərdən keçiririk"

BAKI, 10 sentyabr — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski sentyabrda Birləşmiş Ştatlara səfər edəcək. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Ukraynanın Xarici İşlər naziri Vadim Pristayko bildirib.

Onun sözlərinə görə, səfər sentyabrın 23-ə planlaşdırılıb.

Xarici işlər nazirinin də prezidenti müşayiət edəcəyi səfər zamanı Ukrayna lideri Birləşmiş Ştatlardan olan həmkarı və hökumət üzvləri ilə görüşəcək.

Lakin Pristayko Zelenski və Trampın görüş tarixini dəqiqləşdirməyib: "Müxtəlif tarixlər var, biz hazırda onları nəzərdən keçiririk".

Ümumiyyətlə yeni Ukrayna prezidentinin xarici səfərləri maraqlı alınır. Məsələn, Almaniya səfərində kansler Angela Merkeli ilk dəfə tutrəmə tutmuşdu. Merkel həmin vaxtdan özüzə gələ bilmir. Zelenskinin Trampla görüşü də yaddaqalan ola bilər. 

1624