Slovakiya prezidentinin evinə "bomba qoydular"

© Sputnik / Aleksey Vitvitskiy / Mediabanka keçidZuzana Çaputova, arxiv şəkli
Zuzana Çaputova, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Polis lazım olan bütün təcili tədbirləri görüb və qeyd edilən yerdə bombanın olmadığını təsdiqləyib

BAKI, 9 sentyabr — Sputnik. Ruhi xəstəlikdən əziyyət çəkən qadın Slovakiya polisinə zəng vuraraq ölkə Prezidenti Zuzana Çaputovanın evinə bomba qoyduğunu deyib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, polis Çaputovanın evinə bomba qoyulması haqqında məlumatın yalan olduğunu bildirib.

"Bu gün gecə saatlarında "158" qaynar xəttinə anonim zəng daxil olub və respublika Prezidenti Zuzana Çaputovanın evinə partlayıcı qurğu qoyulması haqqında məlumat verilib", - polisdən deyilib.

"Polis lazım olan bütün təcili tədbirləri görüb və qeyd edilən yerdə bombanın olmadığını təsdiqləyib. Polis həmçinin bomba qoyulması xəbərini vermiş qadını saxlayıb. Onun ruhi xəstəxanada müalicə aldığı məlum olub", - polisin yaydığı məlumatda bildirilir.

Xəbər lenti
0