Baltik dənizi

Sualtı rəsədxana dənizin dibindən yoxa çıxdı

53
(Yenilənib 22:52 08.09.2019)
Elmi rəsədxana Almaniyanın şimal sahilləri yaxınlığındakı qadağan olunmuş zonada yerləşirmiş. Oraya qayıqları və balıqçı gəmilərini buraxmırlar

BAKI, 9 sentyabr — Sputnik. Elmi məlumatların toplanması üçün istifadə edilən stansiya Baltik dənizinin dibindən yoxa çıxıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Hemqolts adına Okean Araşdırmaları Mərkəzi - GEOMAR məlumat yayıb.

Avqustun 21-dən etibarən rəsədxanadan heç bir siqnal alınmayıb. Səbəbləri araşdırmaq üçün oraya dalğıcları göndəriblər. Ancaq onlar stansiyanın yerində məlumatların ötürülməsi üçün kabelin qırıqlarından başqa heç nə tapmayıblar.

Qeyd edilir ki, elmi rəsədxana Almaniyanın şimal sahilləri yaxınlığındakı qadağan olunmuş zonada yerləşirmiş. Oraya qayıqları və balıqçı gəmilərini buraxmırlar. Qurğu çox ağır olduğundan onun güclü axın, fırtına nəticəsində, yaxud da iri dəniz heyvanlarının "sayəsində" itdiyini demək çətindir.

Beləliklə, polis düşünr ki, hal-hazırda stansiyanın yoxa çıxmasının ən ağlabatan izahı onun oğurlanmasıdır. Ancaq bu stansiya kimə lazım idi, onu necə oğurlayıblar - bu suallar maraq doğurur. Alman polisi hadisəni araşdırır.

Araşdırma Mərkəzinin məlumatına görə, rəsədxana 2016-cı ildə 22 m dərinlikdə quraşdırılıb. Onun qiyməti təxminən 300 min avrodur.

53
Teqlər:
oğurluq, Baltik dənizi, Almaniya, stansiya, elm
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: "Azərbaycanın yanında olduğumuz üçün günahlandırıldıq"

33
“İndi eşidirəm ki, bəzi amerikalılar çıxıb İlham qardaşıma zəng edib deyir ki, biz sizin yanınızda kimin olduğunu bilirik, Ərdoğan var, Türkiyə var".

BAKI, 25 oktyabr - Sputnik. “Qafqazda öz ərazilərini müdafiə edən azərbaycanlı qardaşlarımızın yanında olduğumuz üçün suçlandırıldıq”.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İndi eşidirəm ki, bəzi amerikalılar çıxıb İlham qardaşıma zəng edib deyir ki, biz sizin yanınızda kimin olduğunu bilirik, Ərdoğan var, Türkiyə var. Və? Biz Türkiyəyə də, yeri gələrsə, sanksiya tətbiq edəcəyik. Sən kiminlə rəqs etdiyinin fərqində deyilsən! Sanksiyan nədirsə, gecikmə, et!”, - o vurğulayıb.

33
İtaliyada epdimioloji vəziyyət

İtaliyada sabahdan yeni qadağalar tətbiq olunacaq

16
İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

BAKI, 25 oktyabr - Sputnik. İtaliyada epidemioloji vəziyyətin pisləşməsi səbəbindən oktyabrın 26-dan məhdudiyyətlər artırılır.

Sputnik Azərbaycan “Qafqazinfo”ya istinadla məlumat verir ki, bu gün İtaliya Baş Nazirinin Mətbuat xidməti tərəfindən açıqlanan yeni qaydalara uyğun olaraq bütün kinoteatr, teatr, idman zalları və hovuzlar bağlanacaq.

Restoran və barlar işə davam edəcək, lakin vaxt məhdudiyyəti ilə - axşam saat 6-dək.

Qeyd edək ki, İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

16
Yaşlı adam, arxiv şəkli

Koronavirusa yoluxma insanı 10 yaş qocaldır, həmçinin...

0
Koronavirusun ağır formaları mətnlərin və sözlərin mənasını dərk etmə qabiliyyətinə təsir edir. Buna baxmayaraq, xəstəliyə yoluxmuş insanlarda emosional sahə, məkan yaddaşı və rəqəmləri əzbərləmək qabiliyyəti dəyişməz qalıb.

BAKI, 25 oktyabr — Sputnik. Böyük Britaniya alimləri apardıqları araşdırma zamanı koronavirus xəstəliyinin insanların İQ səviyyəsini endirdiyini müəyyən edib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu intelektual bacarıqlar və yaddaşla əlaqələndirilib. Mütəxəssislərin sözlərinə görə, koronavirusa yoluxan şəxslər xəstəliyə yoluxmayan yaşıdları ilə müqayisədə məntiq testlərini həll etməkdə çətinlik çəkiblər. Bundan əlavə, şəxslərin İQ səviyyəsi xəstəliyi hansı ağırlıqda keçirmələri ilə də birbaşa əlaqəlidir. Tədqiqat zamanı alimlər 84 könüllünün məntiqi bacarıqlarını və yaddaşlarını araşdırıblar.

Müəyyən edilib ki, koronavirusa yoluxan insanlar sağlam insanlarla müqayisədə 65 faiz geri qalıb. Mütəxəssislərin fikrincə, bu xəstələrin 10 yaş yaşlanmasına bərabərdir.

Koronavirusun ağır formaları mətnlərin və sözlərin mənasını dərk etmə qabiliyyətinə təsir edir. Buna baxmayaraq, xəstəliyə yoluxmuş insanlarda emosional sahə, məkan yaddaşı və rəqəmləri əzbərləmək qabiliyyəti dəyişməz qalıb.

0