ABŞ-da təcili yardım maşını

Trampla görüşə getmişdi, xəstəxanaya düşdü

11
(Yenilənib 23:27 08.09.2019)
Nazir deyib ki, görüş üçün yeni vaxt təyin ediləcək

BAKI, 8 sentyabr — Sputnik. Küveyt əmiri Şeyx Sabah əl-Əhməd əl-Caber əs-Sabah ABŞ-da xəstəxanaya yerləşdirilib.

Sputnik Azərbaycan bildirir ki, xəbəri KUNA agentliyi yayıb. Məlumatda deyilir ki, o, xəstəxanada bir sıra müayinələrdən keçəcək. Nazir Şeyx Əli Cərrah əs-Sabah deyib ki, bu səbəbdən zati-alilərinin ABŞ Prezidenti Donald Trampla sentyabrın 12-nə planlaşdırılan görüşü təxirə salınıb.

Nazir deyib ki, görüş üçün yeni vaxt təyin ediləcək.

11
Teqlər:
Donald Tramp, müayinə, xəstəxana, ABŞ, Küveyt Dövlətinin əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabah
Sergey Lavrov, arxiv şəkli

Lavrovdan Azərbaycan Ermənistana atəşkəs çağırışı

1
(Yenilənib 19:17 13.07.2020)
Lavrovun Məmmədyarov və Mnatsakanyanla baş tutan telefon danışıqları zamanı Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi müzakirə olunub

BAKI, 13 iyul – Sputnik. Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırıb.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nazir Sergey Lavrovun azərbaycanlı və erməni həmkarları Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanla ayrı-ayrılıqda telefon danışıqlarına dair məlumatında bildirilir. 

Qeyd olunub ki, iyulun 13-də Lavrovun Məmmədyarov və Mnatsakanyanla baş tutan telefon danışıqları zamanı Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi müzakirə olunub. Lavrov tərəfləri dərhal atəşkəsə, üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə, habelə ATƏT-in Minsk Qrupunun Rusiya, ABŞ və Fransadan olan həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin təkliflərini nəzərə almaqla təmkinli olmağa çağırıb.

Rusiyanın istər milli, istərsə də ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində həm Bakı, həm də İrəvanla təmaslarda vasitəçilik missiyasını yerinə yetirməyi davam edəcəyi vurğulanıb. Minsk Qrupunun bütün üzvlərinin mövcud vəziyyəti qiymətləndirərkən gərginliyin daha da artmasına səbəb ola biləcək bəyanat və hərəkətlərdən çəkinməklə məsuliyyətli yanaşma sərgiləməsinin vacibliyi də qeyd olunub.

1
Avropa İttifaqının bayrağı (Aİ), arxiv şəkli

Avropa İttifaqı Ermənistan Azərbaycana çağırış etdi

13
(Yenilənib 17:49 13.07.2020)
Aİ tərəfləri atəşkəs rejiminə riayət etməyə, enerji və ehtiyatları koronavirus pandemiyası ilə mübarizəyə sərf etməyə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında substantiv danışıqları bərpa etməyə və əhalini sülhə hazırlamağa çağırır.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 13 iyul — Sputnik. Avropa İttifaqı Ermənistan və Azərbaycanı qarşıdurmanı dayandırmağa və gərginliyin azalması üzrə tədbirlər görməyə çağırıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Siyasət üzrə press ofisi bəyanat yayıb.

"Aİ hər iki tərəfi silahlı qarşıdurmanı dayandırmağa, gərginliyə səbəb olan hərəkətlər və ritorikadan çəkinməyə və gərginliyin daha da artmasının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırır", - deyə bəyanatda bildirilir.

Qeyd olunur ki, bu kontekstdə hər iki tərəf birbaşa ünsiyyət mexanizmindən, həmçinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin rəhbərlik etdiyi müəyyən edilmiş formatdan istifadə etməlidir: "Atəşkəs rejiminin belə ciddi şəkildə pozulması, vəziyyət imkan verən kimi, ATƏT-in ərazidə monitorinqini bərpa etməsinin vacibliyini vurğulayır".

Aİ tərəfləri atəşkəs rejiminə riayət etməyə, enerji və ehtiyatları koronavirus pandemiyası ilə mübarizəyə sərf etməyə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında substantiv danışıqları bərpa etməyə və əhalini sülhə hazırlamağa çağırır.

Qeyd edək ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Hər iki tərəfin itki verdiyi bildirilir. Belə ki, Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.

Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.

Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir.

13
Bakı mənzərəsi

Bakı ölkə üzrə koronavirusa ən çox yoluxma rayonları açıqlandı

0
(Yenilənib 20:02 13.07.2020)
Paytaxtda ilk üçlükdə Binəqədi, Yasamal və Xətai rayonlarıdır, regionlar üzrə ən çox yoluxma Abşeron rayonundadır. 

BAKI, 13 iyul — Sputnik. Bakıda koronavirusun çox yayıldığı ərazilər açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, paytaxtda ilk üçlükdə Binəqədi, Yasamal və Xətai rayonlarıdır.

Bakı şəhəri üzrə yoluxanların 12,7 faizi Binəqədi, 12 faizi Yasamal, 12,1 faizi isə Xətaidə qeydə alınıb. Sonrakı yerlərdə 12,2 faizlə Sabunçu, 10,3 faizlə Nəsimi, 8,7 faizlə Nərimanov, 8,4 faizlə Suraxanı, 8,3 faizlə Nizami, 6,1 faizlə Qaradağ, 4,6 faizlə Səbail, 4,2 faizlə Xəzər, 0,3 faizi Pirallahı rayonu qərarlaşıb. Qeyd edək ki, son statistikaya görə, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 529 yeni yoluxma faktı qeydə alınıb, 547 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 7 nəfər vəfat edib.

Azərbaycanda bölgələr üzrə də koronavirusa yoluxmada son vəziyyət açıqlanıb. Regionlar üzrə ən çox yoluxma Abşeron rayonundadır. Siyahıda 17 faizlə Abşeron, 7,7 faizlə Gəncə-Qazax, 7,4 faizlə Aran, 5,6 faizlə Lənkəran, 2,1 faizi Quba-Xaçmaz, 1,6 faizi Şəki-Zaqatala, 1,4 faizi Dağlıq Şirvan 1 faizi Yuxarı Qarabağ qərarlaşıb. Rəsmi məlumata görə, Naxçıvan Muxtar Respublikasında yeni yoluxma qeydə alınmayıb. Bildirilib ki, Azərbaycandakı koronaviruslu xəstələrin 1,1 faizi ölkə xaricində yoluxanlardır. Qeyd edək ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 529 yeni yoluxma faktı qeydə alınıb, 547 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 7 nəfər vəfat edib.

0
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər