İsrailin Baş naziri Binyamin Netanyahu

Netanyahu ölmüş prezidenti "diriltdi"

64
(Yenilənib 21:06 08.09.2019)
İclasda olanlar dərhal Baş nazirin səhvini düzəldiblər. Hökumət başçısı isə gülüsünüb və deyib ki, sadəcə olaraq onu diqqətlə dinləyib-dinləmədiklərini yoxlayırmış

BAKI, 8 sentyabr — Sputnik. İsrailin Baş naziri Binyamin Netanyahu Britaniya hökumətinin başçısının soyadını səhv salıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Haaretz nəşri yazıb.

Bazar günü iclasda çıxış edən Netanyahu özünün Böyük Britaniyaya səfərindən danışıb.

"Çox xoş bir səfərdən döndüm. Londonda Baş nazir Boris Yeltsin və ABŞ-ın Müdafiə naziri ilə görüşdüm", - Netanyahu deyib.

İclasda olanlar dərhal Baş nazirin səhvini düzəldiblər. Hökumət başçısı isə gülüsünüb və deyib ki, sadəcə olaraq onu diqqətlə dinləyib-dinləmədiklərini yoxlayırmış.

Boris Conson bu ilin iyununda Böyük Britaniyanın Baş naziri olub. Boris Yeltsin 1991-1998-ci illərdə Rusiyaya rəhbərlik edib. O, 2007-ci ildə dünyasını dəyişib.

64
Teqlər:
Binyamin Netanyahu, Boris Conson, Böyük Britaniya, Baş nazir, İsrail
Əlaqədar
İsrail kosmosda raketləri vurmağa qadir kompleksini sınaqdan keçirdi
Netanyahu İran obyektlərinə zərbələri istisna etməyib
"İstənilən ssenariyə hazır olun" - Netanyahu
Britaniya parlamenti işini dayandırır
Koronavirus

Koronavirusu neytrallaşdıran 28 anticisim aşkar edilib

12
(Yenilənib 18:29 11.07.2020)
Tədqiqatçılar tərəfindən aşkar edilmiş anticisimlər patogenin proteininə birləşir və virusun sağlam hüceyrələrə daxil olmasına mane olur.

BAKI, 11 iyul — Sputnik. Köln Universitet Klinikasından və Almaniyanın İnfeksiya Tədqiqatları Mərkəzindən olan bir qrup alim koronavirusu neytrallaşdırmaq ehtimalı yüksək olan 28 anticismi aşkar ediblər.

Bu barədə Sputnik Azərbaycan Almaniyanın İnfeksiya Tədqiqatları Mərkəzinə istinadən xəbər verir.

"Biz orqanizmin infeksiyaya qarşı immun cavabını daha ətraflı öyrənməyi və bununla yanaşı COVID-19-un müalicəsində istifadə oluna biləcək anticisimləri tapmağı planlaşdırırdıq", - layihənin rəhbəri Florian Klayn bildirib.

Mütəxəssisin sözlərinə görə, tədqiqatçılar tərəfindən aşkar edilmiş anticisimlər patogenin proteininə birləşir və virusun sağlam hüceyrələrə daxil olmasına mane olur.

Alimlər anticisimlərin xüsusiyyətlərini "Boehringer Ingelheim" əczaçılıq şirkəti ilə birlikdə öyrənməyə davam edirlər. Klinik tədqiqatların bu il başlaya biləcəyi ehtimal olunur. Mütəxəssislər inanırlar ki, virusu neytrallaşdıran anticisimlər bir neçə həftə fəal olur və bu dövrdə insanı xəstəlikdən qoruya bilər.

12
Mövzu:
Dünyanı cənginə almış bəla
Maksim Fadeyev və Emin Ağalarov, arxiv şəkli

Çox sağ ol, müəllimim! Emin yeni mahnıya görə Fadeyevə təşəkkür edib

10
(Yenilənib 17:32 11.07.2020)
Azərbaycanın xalq artisti yeni kompozisiyanı təqdim edib və onun pərəstişkarların ürəyincə olacağına əmindir.

BAKI, 11 iyul — Sputnik, Kəmalə Əliyeva. Rusiyalı bəstəkar, müğənni və prodüser Maksim Fadeyev Azərbaycanın xalq artisti Emin Ağalarov üçün mahnı yazıb. Mahnının adı qeyri-adidir – "MMM".

Bu barədə Ağalarov "Instagram" səhifəsində məlumat verib və ümidvar olduğunu bildirib ki, kompozisiya onun pərəstişkarlarının xoşuna gələcək.

"Mahnımızın çoxdan gözlənilən relizi. Maksim, mənim üçün etdiyin hər şeyə görə sənə təşəkkür etməkdən yorulmayacağam. Bu cür ruh və emosiyalar ilə. Və bu da sənin növbəti şah əsərindir. Çox sağ ol, müəllimim", - Ağalarov yazıb.

Maksim Fadeyev Azərbaycanın xalq artistinin bir çox hitlərinin, o cümlədən "Azərbaycan", "Gəl bir-birimizi tapaq" kimi mahnıların müəllifidir.

Ağalarov "World Music Awards", "Azərbaycandan Ən Yaxşı İfaçı", "Qızıl Qrammofon", "MUZ-TV Mükafatı" və s. kimi beynəlxalq mükafatların laureatıdır. O, dünyanın müxtəlif ölkələrində konsertlərlə çıxış edir. Müğənninin musiqi xəzinəsində doqquz ingilis dilli albom, "Warner Music" və "Sony ATV Music Publishing" aparıcı musiqi şirkətləri ilə müqavilələr var.

10
Leysan nəticəsində daşan çay

Bölgələrə leysan yağıb Faktiki hava açıqlandı

0
(Yenilənib 19:28 11.07.2020)
Milli Hidrometeorologiya Xidmətinin açıqladığı məlumata görə, sabah da ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunacaq, yağış və dolu yağacaq.

BAKI, 11 iyul – Sputnik. Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iyulun 11-i saat 18:00-a olan məlumatına əsasən, Daşkəsən, Göygöl, Ceyrançöl, Tovuz, Qəbələ, Zaqatala, Qusar, Cəfərxan, Sarıbaş, Xınalıq,  Şahdağda yağış yağıb, Şəmkir, Balakən, Şəki, Şamaxı, Quba, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Qazıməmməd, Biləsuvar, Kişçay (Şəki), Lənkəran rayonlarında isə leysan xarakterli olub, şimşək çaxıb.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin açıqladığı məlumata görə, sabah da ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunacaq, yağış və dolu yağacaq.

0