Şap elə bilir şupdadır - Tbilisidə mitinqdə saxlanılanlar var

© REUTERS / IRAKLI GEDENIDZEАкция протеста у парламента Грузии
Акция протеста у парламента Грузии - Sputnik Azərbaycan
Abunə olmaq
Etiraz aksiyasındakıları təhqir edib, ana söyüşü söyən deputatın tərəfdarları yeni Baş nazirin əleyhdarlarına "dərs keçmək" istəyəndə polis məsələyə müdaxilə edib

BAKI, 8 sentyabr — Sputnik. Tbilisidə, Parlamentin qarşısında keçirilən etiraz aksiyasında polis "Gürcüstan vətənpərvərlər alyansı" müxalifət partiyasının üç fəalını həbs edib.

Глава МВД Грузии Георгий Гахария - Sputnik Azərbaycan
Gürcüstan qərarını verdi - Baş nazir təsdiqləndi

Sputnik Gürcüstan xəbər verir ki, fəallar Parlamentin önündəki səhnəyə çıxmağa qərar veriblər. Orada hazırda yeni Baş nazir təyin edilmiş Georgi Qaxariya əleyhinə mitinq keçirilir. "Vətənpərvər"lərin fəalları öz partiyalarından olan deputat Emzar Kvitsianinin təhqir olunmasına etiraz bildirmək üçün burada olduqlarını deyiblər.

Polis fəalları səhnəyə buraxmayıb, bundan sonra əlbəyaxa dava başlayıb və üç nəfər polisə tabe olmadığına görə həbs edilib.

Kvitsiani ilə bağlı insident bir neçə saat öncə, o, Parlament binasından çıxarkən baş verib. Çoxsaylı jurnalist və operatorların əhatəsində deputat mitinq edənləri təhqir edib, ana söyüşü söyüb. Etirazçılar Kvitsianini fitə basıblar, o isə əlbəyaxa davaya keçməyə cəhd edib. Polis bunun qarşısını almağa çalışanda deputat polisə qışqıraraq onu saxlamamağı tələb edib.

Bir müddət sonra isə Kvitsiani bu üsulla etirazçılardan qorunduğunu deyib.

Xəbər lenti
0