Göydən bir "iPhone" düşdü... idmançı gözləmədiyi hədiyyə "alıb" – VİDEO

© AP Photo / Marcio Jose Sanchez iPhone X, arxiv şəkli
 iPhone X, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Attraksionlarda əylənənlərə xəbərdarlıq: gözdə-qulaqda olun, sizin də bəxtinizə düşə bilər

BAKI, 8 sentyabr — Sputnik. Yeni Zelandiyalı idmançı Semuel Kempf İspaniyanın "Port Aventura" parkında "Amerika təpələri" attraksionunda əylənərkən havada uçan "iPhone" smartfonunu tutub.

Sputnik Azərbaycan xəbər verir ki, hadisənin videogörüntüləri "YouTube" video paylaşım şəbəkəsində yerləşdirilib. Attraksionda gəzinti zamanı Kempfdən qabaqda oturmuş şəxsin smartfonu əlindən çıxaraq bir müddət havada qalıb. Kempf isə ona tərəf uçan telefonu görərək, onu tez qapıb.

"İspaniyada, "Port Aventura" parkında idim. "Amerika təpələri" attraksionunda gəzinti zamanı məndən bir neçə sıra qabaqda oturmuş şəxsin əlindən "iPhone X" telefonunu buraxdığını gördüm. Bu "Amerika təpələri" attraksionunun sürəti saatda 130 kilometrdən çoxdur" - Kempf qeyd edib.

Attraksiondan çıxandan sonra Kempf smartfonu onun sahibinə qaytarıb. Bahalı cihazın sahibi təşəkkür əlaməti olaraq Kempfi bərk qucaqlayıb, ətrafdakılar isə onların hər ikisini alqışlayıblar.

Xəbər lenti
0