M87 qalaktikasının mərkəzindəki qara dəliyin şəkli

Qara dəlik üçün "Oskar" verdilər

54
(Yenilənib 23:45 06.09.2019)
Alimlər bu kəşflərinə görə 3 milyon dollar alacaqlar. Layihənin özü isə 28 milyon dollara başa gəlib

BAKI, 7 sentyabr — Sputnik. Event Horizon Telescope layihəsinin bir qrup alimi fundamental fizika sahəsində "elmi Oskar" sayılan Breakthrough Prize mükafatına layiq görülüb.

Fyodor robotu, arxiv şəkli
© Rusiyanın Yerüstü Kosmik İnfrastruktur Obyektlərinin İstismarı Mərkəzi

Sputnik Azərbaycan cəmiyyətin saytına istinadən bildirir ki, mükafatı onlara qara dəliyin ilk şəklinə görə təqdim ediblər. 

Astronomlar qara dəliyin "kölgəsi"nin - şüalanmanın fonundakı tünd hissənin şəklini çəkməyə müvəffəq olublar. Bu obyekt Yerdən 53 milyon işıq ili aralıda, M87 qalaktikasının mərkəzində yerləşir.

Event Horizon Telescope-a Antarktika, Çili, Meksika, ABŞ və İspaniyada yerləşən səkkiz rəsədxana daxildir. Astronom Maykl Bremerin dediyinə görə, onlar birlikdə diametri 10 min km olan bir teleskop kimi fəaliyyət göstərir. Bu, alınan şəkillərin dərinliyini və detallaşdırma dərəcəsini dəfələrlə artırmağa imkan verir. 

​Alimlər bu kəşflərinə görə 3 milyon dollar alacaqlar. Bu vəsait isə layihəyə daxil olan 347 mütəxəssis arasında bölüşdürüləcək. Layihənin özü isə 28 milyon dollara başa gəlib.

Breakthrough Prize mükafatı 2012-ci ildə rusiyalı sərmayədar Yuri Milner, Facebook-un banisi Mark Zukerberq və Google-un yaradıcısı Sergey Brin tərəfindən yaradılıb. Mükafat fondu dünyada ən böyük sayılır və  mükafatlar fizika, riyaziyyat və həyat barədə elm sahələrində edilən kəşflərə görə verilir.

54
Teqlər:
mükafat, teleskop, foto, kosmos

Məşhur italyan mafiyasının 50 üzvü həbs edilib - sıralarında partiya sədri var

4
(Yenilənib 00:26 22.01.2021)
İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

BAKI, 22 yanvar - Sputnik. İtaliya polisi “Ndranqeta” mafiyasının işi çərçivəsində 50 nəfəri həbs edib və məşhur mərkəzçi siyasətçini istintaqa cəlb edib.

Report xarici KİV-lərə istinadla xəbər verir ki, “Ndranqeta” əsasən Kalabriyanın cənub regionunda fəaliyyət göstərir. Mafiya öz əməllərinə görə, artıq çoxdan İtaliya və dünyada ən böyük cinayətkar qruplaşmalardan biri olan “Koza Nostra”nı üstələyib.

"Bu araşdırma on illərdir nədən bəhs etdiyimizə aydınlıq gətirdi. “Ndranqeta” sadəcə iş və siyasətlə əlaqədar olaraq daha az atəş açıb", - deyə İtaliyada ən böyük məhkəmə iddialarından birini başladan prokuror Nikola Qratteri bildirib.

İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

4
Teqlər:
mafiya, İtaliya
Erməni əsgərlərinin dəbilqələri, arxiv şəkli

Ermənistan müharibədə ölən hərbçilərinin siyahısını yeniləyib - sayları durmadan artır

30
Ermənistanın Səhiyyə naziri Anait Avanesyan bildirib ki, hər gün 30 meyitin ekspertizasını həyata keçirilər.

BAKI, 21 yanvar - Sputnik. Ermənistanın Səhiyyə Nazirliyi İkinci Qarabağ müharibəsində həlak olmuş 3450 əsgərinin meyitini ekspertizadan keçirib.

Sputnik Ermənistan-ın məlumatına görə, bu barədə səhiyyə naziri Anait Avanesyan bildirib.

Hökumətin iclasından sonra jurnalistlərə açıqlama verən nazir qeyd edib ki, hər gün 30 meyitin şəxsiyyəti müəyyənləşdirilir.

O, hələ də şəxsiyyətləri müəyyənləşdirilməyən meyitlərin olduğunu etiraf edib. Nazir jurnalistlərin nə qədər meyitin şəxsiyyətinin müəyyənləşdirilməməsi barədə sualına cavab verməyib. Lakin bildirib ki, meyitlərin tanınması prosesi sürətlənib.

Ötən gün Ermənistanın baş nazirinin müavini Tiqran Avinyan Qarabağ müharibəsində 3 439 hərbi qulluqçunun həlak olduğunu açıqlayıb.

30