Birləşmiş Ştatların Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri, general Cozef Danford

ABŞ yenə Türkiyəyə qarşı çıxdı Təkbaşına olmaz

40
(Yenilənib 20:38 06.09.2019)
Onların Suriyada təkbaşına əməliyyata başlama ehtimalları var, lakin bu ortaq maraqlarımız üçün faydalı olmaz

BAKI, 6 sentyabr — Sputnik. Türkiyənin Suriyada yaradılacaq təhlükəsizlik zonasını təkbaşına idarə etməsi ortaq maraqlarımıza uyğun deyil. Sputnik Türkiyə xəbər verir ki, bunu Birləşmiş Ştatların Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri, general Cozef Danford Xarici Əlaqələr üzrə Komitədə çıxışı zamanı bildirib.

"Türkiyənin Suriya ilə olan sərhədə dair haqlı narahatlıqları var. Onlarla davamlı olaraq dialoq vəziyyətindəyik, son həftələr həddən artıq çalışırıq. Suriyada ortaq əməliyyata dair mərkəzin qurulması barədə razılıq əldə olunub", - deyə Danford qeyd edib.

"Türkiyənin narahatlığını aradan qaldıra bilərik" deyən Danford rəsmi Ankaranın Suriyada yaradılacaq təhlükəsizlik zonasını təkbaşına idarə etməsinin ortaq maraqlara uyğun olmadığını da vurğulayıb: "Onların Suriyada təkbaşına əməliyyata başlama ehtimalları var, lakin bu, ortaq maraqlarımız üçün faydalı olmaz".

Danford, İŞİD-lə mübarizdə Suriya Demokratik Qüvvələrinə (SDQ) dəstək verildiyini də bildirib:"Hazırda SDQ-nin İŞİD-in qalıqları ilə daha effektiv mübarizəsi üçün koalisiyanın dəstəyinə ehtiyac var. Terrorçulardan azad olunan bölgələrdə təhlükəsizliyin təmin olunması üçün yerli güclərə təlimlərin keçilməsi də önəmlidir".

 

40
Teqlər:
zona, təhlükəsizlik, əməliyyat, Suriya, Türkiyə, ABŞ
Əlaqədar
Türkiyə istədiyinə çatdı, Amerika ilə birgə Suriyada əməliyyat başlayır
Suriya Türkiyənin hərbi konvoyunu vurdu
Türkiyə Suriya hökumətinin əməliyyatlarından niyə narahatdır - politoloq danışır
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, arxiv şəkli

Çavuşoğlu Minnixanova zəng etdi: Türkiyə Tatarıstana hər cür dəstək verməyə hazırdır

2
Telefon danışığı zamanı Mövlud Çavuşoğlu Rüstəm Minnixanova Kazanda törədilən silahlı insidentlə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başsağlığını çatdırıb.

BAKI, 11 may - Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Rusiya Federasiyasının Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov arasında telefon danışığı olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb. Açıqlamada bildirilir ki, telefon danışığı zamanı Mövlud Çavuşoğlu Rüstəm Minnixanova Kazanda törədilən silahlı insidentlə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başsağlığını çatdırıb.

Nazir ehtiyac olduğu halda Türkiyənin Tatarıstana hər cür dəstək verməyə hazır olduğunu da vurğulayıb.

Qeyd edək ki, bu gün Rusiyanın Kazan şəhərində orta məktəbə silahlı hücum olub. Hücum nəticəsində çoxu azyaşlı olmaqla 9 nəfər həlak olub, onlarla insan yaralanıb.

2
Türkiyə Xarici İşlər Nazirliyinin binası, arxiv şəkli

Türkiyə XİN Kazandakı terror aktı ilə bağlı Rusiya Tatarıstana başsağlığı verib

4
(Yenilənib 16:23 11.05.2021)
“Dost Rusiya Federasiyasına və Tatarıstan xalqına dərin hüznlə başsağlığı veririk”, - deyə XİN-in bəyanatında qeyd olunur.

BAKI, 11 may - Sputnik. Türkiyə Xarici İşlər Nazirliyi Rusiyanın Kazan şəhərində çox sayda insanın ölümünə səbəb olan silahlı terror aktını qınayan bəyanat yayıb.

Sputnik Türkiyə xəbər verir ki, nazirlik bəyanatında bu mənfur hücumda həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara şəfa diləyib.

“Dost Rusiya Federasiyasına və Tatarıstan xalqına dərin hüznlə başsağlığı veririk”, - deyə XİN-in bəyanatında qeyd olunur.

Xatırladaq ki, bü gün Tatarıstanın paytaxtı Kazan şəhərində Fayzi küçəsində yerləşən 175 saylı orta məktəbdə iki nəfər məktəbliləri və müəllimləri atəşə tutub. Nəticədə xeyli sayda uşaq və müəllim həyatını itirib, yaxud da yaralanıb. Hadisəni törədən 19 yaşlı şəxs saxlanılıb, bir yeniyetmə isə zərərsizləşdirilib. 

4

İlham Əliyev xanımı Tatarıstan Prezidentinə başsağlığı veriblər

0
(Yenilənib 19:54 11.05.2021)
"Kazan şəhərindəki 175 nömrəli məktəbdə atışma nəticəsində uşaqların və yaşlıların həlak olması haqqında xəbəri dərin hüznlə qəbul etdik".

BAKI, 11 may - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Tatarıstan Prezidenti Rüstəm Nurqaliyeviçə Kazanda baş vermiş atışmada həlak olanlarla əlaqədar başsağlığı veriblər.

Başsağlığı mətnində deyilir: 

"Hörmətli Rüstəm Nurqaliyeviç.

"Kazan şəhərindəki 175 nömrəli məktəbdə atışma nəticəsində uşaqların və yaşlıların həlak olması haqqında xəbəri dərin hüznlə qəbul etdik.

Bu əvəz edilməz itkiyə görə dərdinizə şərik olaraq Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən baş sağlığı verir, zərər çəkənlərin hamısının tezliklə sağalmasını arzu edirik".

 

0