Fantastik filmlər reallaşır: Satış məqsədilə pişiyi klonlaşdırdılar

© Sputnik / Mikhail Voskresensky / Mediabanka keçidМедико-генетический научный центр
Медико-генетический научный центр  - Sputnik Azərbaycan
Abunə olmaq
Pişiyiniz ölüb və çox darıxırsınız? Artıq narahatlığa səbəb yoxdur. 60 min manat ödəməklə sevimli ev heyvanınıza yeni həyat bəxş edə bilərsiniz

BAKI, 6 sentyabr — Sputnik. Çində ilk dəfə olaraq kommersiya məqsədləri üçün pişik balasını klonlaşdırıblar. Sputnik Azərbaycan xəbər verir ki, bunu RİA Novosti-yə pişiyi klonlaşdırmış "SinoGene" biotexnologiya şirkətinin vitse-prezidenti Van İnin deyib.

Klonlaşdırma - Sputnik Azərbaycan
CƏMİYYƏT
Çində heyvanların klonlaşdırılması üçün fabrik tikiləcək

İnin bildirib ki, 250 min yuan (təxminən 59 min manat) ödəməklə ölmüş pişiyə ikinci həyat bəxş etmək mümkündür.

"O, dünyada ilk klonlaşdırılmış pişik balası olmasa da, Çində ilkdir. Çində məhz pişikləri klonlaşdıra bilmirdilər. Bundan başqa, o, kommersiya məqsədləri üçün klonlaşdırılmış ilk pişik balasıdır", - Van İnin deyib.

Onun sözlərinə görə, klonlaşdırılmış pişiyin sahibi onun naməlum xəstəlikdən ölməsindən sonra çox narahatlıq keçirib və buna görə də şirkətin xidmətlərindən istifadə etmək qərarına gəlib.

Van İnin bildirib ki, DNT baxımından klonlaşdırılmış heyvan "orijinalı" ilə tamamilə eyni olacaq, lakin onların xasiyyətlərində fərqlər ola bilər.

"Xasiyyətin təməli artıq DNT-də qoyulub, lakin eyni zamanda heyvanın xasiyyətinin bir sıra əlamətləri onun yaşadığı şərait və mühitdən asılı ola bilər. Buna görə də, deyə bilmərik ki, klonlaşdırılmış heyvanın xasiyyəti ölmüş heyvanın xasiyyəti ilə 100 faiz eyni olacaq" - Van İnin vurğulayıb.

O, əlavə edib ki, klonlaşdırılmış və adi heyvanların həyat davamlılığı arasında fərq yoxdur.

Проведение ДНК-теста, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
DNT testi ilə nə qədər yaşayacağımızı öyrənə bilərik

Pişiyin klonlaşdırılması prosesi üç-dörd ay çəkir, lakin heyvanın dünyaya gəlməsindən sonra o, hələ iki ay laboratoriyada nəzarət altında saxlanılmalıdır. Hazırda klonlaşdırılmış pişik balası laboratoriyadadır, çünki onun hələ iki ayı tamam olmayıb.

"Hazırda bir itin klonlaşdırılması 380 min yuan (təxminən 90 min manat), pişiyin klonlaşdırılması isə 250 min yuan (təxminən 59 min manat) təşkil edir", - şirkətin təmsilçisi deyib.

2017-ci ildə "SinoGene" şirkəti dünyada ilk dəfə olaraq gen nokautu metodundan istifadə etməklə Lun Lun adlı it klonunu yaradaraq dünyanın diqqətini özünə cəlb edə bilib. Belə ki, Lun Lun şirkət tərəfindən 2016-cı ildə yaradılmış Pinqo adlı digər bir itin klonu idi. Pinqo isə öz növbəsində dünyada ilk dəfə olaraq gen redaktəsi metodu ilə yaradılmış it idi.

Xəbər lenti
0