Rusiya və Ukrayna arasında tarixi razılaşma, proses başlayır

© AP Photo / Efrem LukatskyUkrayna bayrağı, arxiv şəkli
Ukrayna bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Diplomatik mənbə bildirib ki, son tarix və əsirlərin dəyişdirilməsi şərtlərini tərəflər həftə ərzində razılaşdıracaqlar

BAKI, 4 sentyabr — Sputnik. Rusiya və Ukrayna sentyabrın 7-i əsirləri dəyişməyi planlaşdırır.

Руководитель портала РИА Новости Украина Кирилл Вышинский на заседании Подольского районного суда Киева - Sputnik Azərbaycan
Kiyev məhkəməsi Vışinskini azadlığa buraxıb

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə diplomatik mənbə bildirib.

Digər mənbə də nəşrə sentyabrın 7-i əsirlərin dəyişdiriləcəyini təsdiqləyib. Lakin o, qeyd edib ki, razılaşmalar hələ ilkin mərhələdədir.

"Son tarix və əsirlərin dəyişdirilməsi şərtlərini tərəflər həftə ərzində razılaşdıracaqlar" – deyə diplomatik mənbə bildirib.

Rəsmi Kreml isə yayılan məlumatı şərh etməkdən imtina edərək qeyd edib ki, mövzu olduqca həssasdır və bununla bağlı heç bir anons olmayacaq.

Xəbər lenti
0