Harri Potter kitabını oxuyan qız, arxiv şəkli

Harri Potterə qadağa qoyuldu

1554
(Yenilənib 20:58 03.09.2019)
Bu kitablarda "pis ruhları çağırmağa kömək edən həqiqi lənətlər və ovsunlar" yazılıb

BAKI, 4 sentyabr — Sputnik. Amerikanın Tennesi ştatında yerləşən Müqəddəs Edvard Katolik Məktəbinin şagirdləri bundan sonra məktəbin kitabxanasında Harri Potter haqqında kitabları oxuya bilməyəcəklər.

İngiltərə kraliçası Bakı küçələrində nə gəzir?
© Sputnik / Kamilla Əliyeva / Taleh Mahmudov

Sputnik Azərbaycan "Tennessean" qəzetinə istinadən xəbər verir ki, məktəb rəhbərliyi bu kitablarda "pis ruhları çağırmağa kömək edən həqiqi lənətlərin və ovsunların" yazıldığını iddia edib.

Gənc sehirbazın macəraları haqqında yeddi kitabın hamısı məktəbin kitabxanasından artıq yığışdırılıb.

"Bu kitablarda sehr həm xeyir, həm də şər kimi təsvir olunur – bu, həqiqətə uyğun deyil, bu, hiylədir. Bu kitablardakı lənət və ovsunlar həqiqidir, onları tələffüz etməklə pis ruhları çağırmaq olar", - məktəbin pastoru Den Rihil deyib.

Rihil amerikalı və italiyalı ekzorsistlərlə konsultasiyalar apardığını bildirib. Onlar Rihilə kitabların məktəb kitabxanasından yığışdırılmasını məsləhət görüblər.

1554
Teqlər:
cadu, ruh, ABŞ, qadağa, kitab