Fast food arxiv şəkli

"Fast food" yeyən gənc kor kar qaldı

1361
(Yenilənib 20:55 03.09.2019)
Gənci müayinə edən həkimlər onda optik neyropatiya adlı xəstəliyi aşkar ediblər

BAKI, 4 sentyabr — Sputnik. Son 10 il ərzində spesifik dietaya riayət edən yeniyetmə görmə qabiliyyətini itirib.

Sputnik Azərbaycan "Independent" nəşrinə istinadən xəbər verir ki, hadisə Böyük Britaniyada baş verib.

Qeyd edilir ki, yeddi yaşında olarkən britaniyalı gəncdə "selektiv qida qəbulu" adlı sindrom aşkar edilib. Bu sindromdan əziyyət çəkən insanlar adətən müəyyən yeməkləri və ya məhsulları yeməkdən çəkinirlər. Britaniyalı gənc bu sindrom səbəbindən uzun illər boyu tərəvəz və meyvə yeməkdən qaçıb və təkcə çipslər, kolbasa məmulatları və ağ çörək yeyib.

Nəticədə 15 yaşı olarkən gəncin görmə və eşitmə qabiliyyəti ilə bağlı problemləri yaranıb. Onu müayinə edən həkimlər onda optik neyropatiya adlı xəstəliyi aşkar ediblər.

İki il sonra isə, artıq 17 yaşı olanda gənc görmə qabiliyyətini tamamilə itirib.

Qəzetin verdiyi məlumata görə, sağlamlıq vəziyyətinin pisləşməsinə baxmayaraq, gənc dietasını dəyişə bilməyib. Lakin hazırda o, həkimlərin nəzarəti altındadır və yeməklə birlikdə vitaminlər və minerallar qəbul edir.

1361
Teqlər:
kor, kar, pəhriz, xəstəlik, uşaq, fast-food
Əlaqədar
Yemək, günəş, dəniz... Bakıda orqanik məhsullar festivalı keçirilir
Avropadan milyonlar qazanmağın yolu - Bircə emalını qura bilsək...
Peçenye 24 yaşlı qadını öldürdü