Gürcüstan parlamentinin qarşısında etiraz aksiyası

Tarixi iclas etirazlarla qarşılanıb

17
(Yenilənib 16:36 03.09.2019)
Gürcüstanın parlament sədri Arçil Talakvadze deputatları sakit olmağa çağırıb, əks halda isə tədbirlər görüləcəyini bildirib

BAKI, 3 sentyabr — Sputnik. Gürcüstan parlamentinin payız sessiyasının ilk iclası etiraz aksiyası ilə başlayıb. Sputnik Gürcüstan xəbər verir ki, müxalif deputatlar daxili işlər naziri olan Georgi Qaxariyanın baş nazir postuna namizəd göstərilməsinə etiraz edirlər.

Gürcüstanın parlament sədri Arçil Talakvadze deputatları sakit olmağa çağırıb, əks halda isə tədbirlər görüləcəyini bildirib.

Etirazçılar iclas iştirakçılarını fitə basıblar. Avropa Gürcüstanı – azadlıq üçün hərəkat partiyasından müxalif deputat Yelena Xoştariya özü ilə fit gətirib.

Hazırda parlamentin qarşısında da etiraz aksiyası keçirilir.

Xatırladaq ki, Gürcüstanın hakim Gürcü arzusu – Demokratik Gürcüstan partiyası ölkənin baş naziri postuna daxili işlər naziri Georgi Qaxariyanın namizədliyini irəli sürüb.

Qeyd edək ki, ötən gün Gürcüstan Baş naziri Mamuka Baxtadze tutduğu vəzifədən istefaya gedəcəyini bəyan edib.

"Mən postu tərk etmək barədə qərar qəbul etmişəm. Çünki hesab edirəm ki, artıq öz missiyamı yerinə yetirmişəm", - deyə Baxtadze öz "Facebook" səhifəsində yazıb.

Xatırladaq ki, Baxtadze 2018-ci ilin iyunundan Gürcüstan hökumətinə rəhbərlik edib.

17
Antoniu Quterreş, arxiv şəkli

BMT bəşəriyyət üçün faciənin yaxınlaşması barədə xəbərdarlıq edib

1
(Yenilənib 23:23 06.05.2021)
Quterreşin sözlərinə əsasən, atmosferdəki karbon qazının konsentrasiyası ən yüksək səviyyəyə qədər yenilənərək sənayedən əvvəlki səviyyəni üstələyib.

BAKI, 6 may — Sputnik. Ötən il Yer kürəsində havanın temperaturu milyon il ərzində rekord həddə qalxaraq, bəşəriyyəti iqlim qəzasına yaxınlaşdırıb.

“Report” xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antoniu Quterreş bildirib.

"Ötən il illik ekstremal və iqlim kataklizmlərinin daha bir görünməmiş dövrü oldu", - baş katib deyib.

Onun sözlərinə görə, atmosferdəki karbon qazının konsentrasiyası ən yüksək səviyyəyə qədər yenilənərək sənayedən əvvəlki səviyyəni üstələyib.

Quterreş bunun Yerin istiliyinin üç dərəcə yüksək və dəniz səviyyəsinin 15 metr yüksək olduğu üç milyon ildə ən yüksək göstərici olduğunu vurğulayıb.

"Mövcud öhdəliklərə uyğun olaraq, hələ də əsrin sonuna qədər fəlakətli 2,4 dərəcə istilik artımına doğru irəliləyirik. Uçurumun astanasındayıq", - deyə BMT rəhbəri xəbərdarlıq edib.

Antoniu Quttereş vurğulayıb ki, bəşəriyyət ən pis ssenarinin qarşısını almaq üçün daha təmiz və yaşıl inkişaf yoluna daxil olmaq girmək üçün birlikdə çalışmalıdır.

1
Vladimir Putin və Co Bayden arasında görüş, 2011-ci il

Politico: "Bayden Putin Bakıda görüşə bilər, ancaq…"

172
(Yenilənib 22:59 06.05.2021)
Baydenin Bakıya gəlmə şansları o qədər də yüksək deyil. Səbəblərdən biri Azərbaycan və Ermənistan arasında ötən il Dağlıq Qarabağda baş tutan qısamüddətli müharibədir.

BAKI, 6 may — Sputnik. ABŞ və Rusiya Prezidentləri Co Bayden və Vladimir Putin Azərbaycanın paytaxtı Bakıda görüşə bilər. Sputnik Azərbaycan "Politico" nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın sabiq rəsmi şəxsləri bildiriblər.

Bu ilin aprelində Çexiya Baş nazirinin birinci müavini (həmin vaxt Çexiya XİN-in səlahiyyətlərini icra edirdi) Yan Qamaçek bildirib ki, bu ölkənin Moskva və Vaşinqtondakı səfirlərinə Rusiya – ABŞ sammitinin Praqada keçirilməsini təklif etməyi tapşırıb. Bu bəyanat Çexiya və Rusiya arasında diplomatik böhran baş verməmişdən qabaq səsləndirilib.

ABŞ-ın sabiq rəsmi şəxsləri və analitikləri bəyan ediblər ki, hər iki prezidentin görüşü Çexiya paytaxtı Praqa, İslandiya paytaxtı Reykyavik, Sloveniya paytaxtı Lyublyana və Azərbaycan paytaxtı Bakıda da keçirilə bilər.

Nəşr qeyd edir ki, Bakının görüş yeri kimi seçilməsi də gəzinti kimi bir şey olardı, xüsusilə ABŞ tərəfi üçün. Azərbaycanın həm Vaşinqton, həm də Moskva ilə güclü əlaqələri olmasına baxmayaraq, bu, qeyri-standart seçim olardı. Baydenin Bakıya gəlmə şansları o qədər də yüksək deyil. Səbəblərdən biri: Azərbaycan və Ermənistan arasında ötən il Dağlıq Qarabağda baş tutan qısamüddətli müharibədir.

"Politico" yazır ki, Baydenin Bakıya səfəri böyük ehtimalla Ermənistanı, həmçinin erməni əsilli amerikalıları narahat edəcək: "Bayden bu yaxınlarda 20-ci əsrin əvvəllərində baş verən "erməni soyqırımı"nı rəsmi olaraq tanıyaraq bu icmanın əksəriyyətini sevindirdi".

172