Cadugər şouda hamıya qorxulu anlar yaşatdı - VİDEO

© Facebook / Britain's Got TalentMüqəddəs Riana təxəllüslü Mariya Qraxarani
Müqəddəs Riana təxəllüslü Mariya Qraxarani - Sputnik Azərbaycan
Abunə olmaq
O, bu işdə özünə köməkçi kimi münsiflərdə təmsil olunan Amanda Holdeni seçib

BAKI, 3 sentyabr — Sputnik. İndoneziyalı cadugər, Müqəddəs Riana təxəllüslü Mariya Qraxarani Britaniyada keçirilən istedadlar şousunda sonuncu çıxışı ilə aparıcıları və tamaşaçıları qorxutmağı bacarıb.

Sputnik Azərbaycan "Mirror" nəşrinə istinadən xəbər verir ki, Qraxarani kitabdan səhifə itməsi və şəkildə başqa adamın əksinin yaranması tryuklarını nümayiş etdirib. O, bu işdə özünə köməkçi kimi münsiflərdə təmsil olunan Amanda Holdeni seçib. Riananın sehri hamını sonadək həyəcanda saxlayıb. Amanda öz şəklində tanımadığı adamın əksini gördükdə isə dəhşətə gəlib.

Digər münsiflər də gördüklərindən heyrətləniblər. Belə ki, prodüser Saymon Kouell bunun indiyə qədər gördüyü ən qorxulu çıxış olduğunu vurğulayıb.

Qeyd edək ki, Müqəddəs Riana "Got Talent"in ən populyar ulduzudur. O, şounun Asiya versiyasında qalib olduqdan sonra daha çox tanınmağa başlayıb.

Xəbər lenti
0