Gürcüstanın Baş naziri Mamuka Baxtadze, arxiv şəkli

"Missiyamı artıq yerinə yetirmişəm" Baş nazir istefaya gedir

34
(Yenilənib 12:46 02.09.2019)
Baxtadze 2018-ci ilin iyunundan Gürcüstan hökumətinə rəhbərlik edib

BAKI, 2 sentyabr — Sputnik. Gürcüstan Baş naziri Mamuka Baxtadze tutduğu vəzifədən istefaya gedəcəyini bəyan edib. Sputnik Gürcüstan xəbər verir ki, bu barədə Baxtadze öz "Facebook" səhifəsində yazıb.

"Mən postu tərk etmək barədə qərar qəbul etmişəm. Çünki hesab edirəm ki, artıq öz missiyamı yerinə yetirmişəm", - deyə Baxtadze bildirib.

Xatırladaq ki, Baxtadze 2018-ci ilin iyunundan Gürcüstan hökumətinə rəhbərlik edib.

Xatırladaq ki, bazar günü hakim Gürcü Arzusu Partiyasının qərargahında hökumətdə dəyişikliklərin edilməsinə dair müzakirələr aparılıb.

Rusiya KİV-i isə daha əvvəl məlumat yaymışdı ki, ölkənin baş nazirini hazırkı daxili işlər naziri Giorgi Qaxariya əvəzləyəcək. Daha əvvəl daxili işlər naziri olmuş İrakli Qaribaşvili isə yenidən bu vəzifəyə təyin olunacaq.

34
Əlaqədar
Gürcüstanda hamı saat 3-ü gözləyir
Vladimir Putin və Co Bayden arasında görüş, 2011-ci il

Politico: "Bayden Putin Bakıda görüşə bilər, ancaq…"

140
(Yenilənib 22:59 06.05.2021)
Baydenin Bakıya gəlmə şansları o qədər də yüksək deyil. Səbəblərdən biri Azərbaycan və Ermənistan arasında ötən il Dağlıq Qarabağda baş tutan qısamüddətli müharibədir.

BAKI, 6 may — Sputnik. ABŞ və Rusiya Prezidentləri Co Bayden və Vladimir Putin Azərbaycanın paytaxtı Bakıda görüşə bilər. Sputnik Azərbaycan "Politico" nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın sabiq rəsmi şəxsləri bildiriblər.

Bu ilin aprelində Çexiya Baş nazirinin birinci müavini (həmin vaxt Çexiya XİN-in səlahiyyətlərini icra edirdi) Yan Qamaçek bildirib ki, bu ölkənin Moskva və Vaşinqtondakı səfirlərinə Rusiya – ABŞ sammitinin Praqada keçirilməsini təklif etməyi tapşırıb. Bu bəyanat Çexiya və Rusiya arasında diplomatik böhran baş verməmişdən qabaq səsləndirilib.

ABŞ-ın sabiq rəsmi şəxsləri və analitikləri bəyan ediblər ki, hər iki prezidentin görüşü Çexiya paytaxtı Praqa, İslandiya paytaxtı Reykyavik, Sloveniya paytaxtı Lyublyana və Azərbaycan paytaxtı Bakıda da keçirilə bilər.

Nəşr qeyd edir ki, Bakının görüş yeri kimi seçilməsi də gəzinti kimi bir şey olardı, xüsusilə ABŞ tərəfi üçün. Azərbaycanın həm Vaşinqton, həm də Moskva ilə güclü əlaqələri olmasına baxmayaraq, bu, qeyri-standart seçim olardı. Baydenin Bakıya gəlmə şansları o qədər də yüksək deyil. Səbəblərdən biri: Azərbaycan və Ermənistan arasında ötən il Dağlıq Qarabağda baş tutan qısamüddətli müharibədir.

"Politico" yazır ki, Baydenin Bakıya səfəri böyük ehtimalla Ermənistanı, həmçinin erməni əsilli amerikalıları narahat edəcək: "Bayden bu yaxınlarda 20-ci əsrin əvvəllərində baş verən "erməni soyqırımı"nı rəsmi olaraq tanıyaraq bu icmanın əksəriyyətini sevindirdi".

140
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, arxiv şəkli

Mövlud Çavuşoğlu: "O boyda Avropa İttifaqı bir kresloya görə dava etməməlidir"

14
(Yenilənib 16:25 06.05.2021)
"Biz protokol qaydalarının nə olduğunu bilirik. Bu günə kimi heç vaxt bu cür problemlə qarşılaşmamışıq. Türk qonaqpərvərliyi hamıya yaxşı məlumdur. O mənzərə bizim ucbatımızdan yaranmamışdı".

BAKI, 6 may — Sputnik. Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Hayko Maasla keçirdiyi birgə mətbuat konfransında Avropa Komissiyasının rəhbəri Ursula Von der Lyayenin Türkiyəyə səfəri zamanı yaşanan protokol böhranına da toxunub. Sputnik Azərbaycan xəbər verir ki, mətbuat konfransı hər iki ölkənin nümayəndə heyətlərinin iclasından sonra baş tutub.

"Biz protokol qaydalarının nə olduğunu bilirik. Bu günə kimi heç vaxt belə bir problemlə qarşılaşmamışıq. Türk qonaqpərvərliyi hamıya yaxşı məlumdur. O mənzərə bizim ucbatımızdan yaranmayıb. Bu, Avropa Komissiyası ilə Avropa İttifaqı arasındakı rəqabət və mübahisələrdən doğan problemdir. O boyda Avropa İttifaqı bir kresloya görə davam etməməlidir. Öz aralarındakı problemləri Türkiyəyə sirayət etdirməsinlər", - Çavuşoğlu deyib.

Qeyd edək ki, Avropa İttifaqı Komissiyasının rəhbəri Ursula Von der Lyayen Türkiyə səfərindən sonra "qadın olduğum için mənə kreslo vermədilər" – deyə şikayət etmiş və məsələ protokol böhranı səviyyəsinə gəlib çatmışdı.

 

14
AR şəxsiyyət vəsiqəsi, arxiv şəkli

Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınanların sayı bilindi

0
Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınanlar müvafiq dövlət qurumu tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin edilib.

BAKI, 6 may — Sputnik. "Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşlığı olmayan şəxslərin sənədləşdirilməsi istiqamətində görülmüş tədbirlər nəticəsində 2008-2020-ci illər ərzində (01 oktyabr 2020-ci ilədək ) 1830 nəfər (övladları ilə birlikdə 1873 nəfər) vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunub".

Sputnik Azərbaycan-ın xəbərinə görə, Dövlət Miqrasiya Xidməti, Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbov bu barədə müsahibəsində deyib.

O bildirib ki, bu müddət ərzində 162 min 308 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınıb və onlar müvafiq dövlət qurumu tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin edilib.

0