İsrailin Baş naziri Binyamin Netanyahu, arxiv şəkli

"İstənilən ssenariyə hazır olun" - Netanyahu

39
(Yenilənib 21:16 01.09.2019)
"Mümkün ssenarilər arasında biz tank əleyhinə raketlərdən atəşə tutulacağımızı gözləyirdik"

BAKI, 1 sentyabr — Sputnik. İsrailin Baş naziri Binyamin Netanyahu Livan tərəfindən raket hücumundan sonra "istənilən ssenari"yə hazır olmağı tapşırıb.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bazar günü Livan İsrailin sərhədyanı hərbi bazasını və hərbi texnikasını tank əleyhinə raketlərlə atəşə tutub. Ölən yoxdur. İsrail buna cavab olaraq Livanın cənubuna cavab zərbəsi endirib.

"Biz növbəti addımlara dair məsləhətləşmələr aparırıq. Mən istənilən ssenariyə hazır olmağı tapşırdım. Hadisələrin gedişi ilə növbəti addıma qərar verəcəyik", - Netanyahu deyib.

Baş nazir həmçinin əlavə edib ki, İsrail tərəfdən itki olmayıb, hətta "heç kimin sıyrığı da yoxdur".

İsrailin Müdafiə ordusunun mətbuat katibi Yonatan Konrikus bildirib ki, Livan tərəfdən raket atəşi 2006-cı ildən bu yana baş verən ən ciddi insidentlərdən biridir. Livanlılar tank əleyhinə raketlə hərbi təcili yardım maşınını vurublar, israillilər isə cavab olaraq qarşı tərəfə yüzlərlə artilleriya mərmisi atıblar.

"Taktiki cəhətdən Avivim rayonunda (sərhəd kəndi), belə görünür ki, insident başa çatıb, amma strateji cəhətdən vəziyyət inkişaf etməkdədir", - Konrikus xarici jurnalistlər üçün mətbuat konfrabsında bildirib. 

Zabit bildirib ki, hərbçilər bir həftə boyunca "Hizbullah"ın hücumunu gözləyiblər. Bu təşkilat bəyan etmişdi ki, bu yaxınlarda İsrailin aviazərbələri nəticəsində Suriyada həlak olan fəallarının ölümünə görə qisas alacaqlar.

"Mümkün ssenarilər arasında biz tank əleyhinə raketlərdən atəşə tutulacağımızı gözləyirdik", - Konrikus deyib.

""Hizbullah" planlaşdırdığı hücumu etdi, amma bizə ziyan vura bilmədi", - o əlavə edib.

Hərbçilərin dediyinə görə, Livan tərəfdən 2-3 raket buraxılıb, bunlar sərhəd postu və hərbi təcili yardım maşınına dəyib.

"Bizə hücum edən yaraqlıların qrupuna yüzlərlə artilleriya mərmisi ilə cavab verdik, məhdud sayda vertolyotdan istifadə etdik", - Konrikus deyib.

39
Teqlər:
artilleriya, raket hücumu, raket, Livan, İsrail

Çavuşoğlu Qarabağ məsələsini NATO-nun gündəminə gətirdi

5
(Yenilənib 22:33 26.11.2020)
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə NATO-nun baş katibi Yens Stoltenberq Dağlıq Qarabağ və digər regional münaqişələri müzakirə ediblər.

BAKI, 26 noyabr - Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, telefon danışığı zamanı tərəflər regional gündəmin aktual məsələlərini, o cümlədən Dağlıq Qarabağı müzakirə ediblər.

Türkiyə XİN rəhbəri və NATO-nun baş katibi Şərqi Aralıq dənizi, Əfqanıstan və Liviya böhranı barədə də fikir mübadiləsi aparıblar.

Çavuşoğlu Stoltenberqə İrini Hərəkatı çərçivəsində Aralıq dənizindəki Türkiyə ticarət gəmisində axtarış aparılmasının beynəlxalq hüquqa zidd və yolverilməz olduğunu bildirib.

5
Teqlər:
Aralıq dənizi, Liviya, Dağlıq Qarabağ, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, Mövlud Çavuşoğlu, baş katibi Yens Stoltenberq, Yens Stoltenberq, NATO

Ermənistandakı hərbi bazada Rusiya hərbçisinin cəsədi tapılıb

18
(Yenilənib 21:33 26.11.2020)
Rusiya hərbi bazasının Ermənistandakı Cənub Hərbi Dairəsi üzrə komandanlığının komissiyası hüquq-mühafizə orqanları ilə birlikdə müqavilə əsasında hərbçinin ölümü ilə bağlı araşdırma aparır. H

BAKI, 26 noyabr - Sputnik. Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasının hərbi qulluqçusu ölü tapılıb.

Bu barədə Sputnik Ermənistan-a Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən bildirilib. Ermənistan İstintaq Komitəsinin Şirak Regional İstintaq İdarəsi hazırda hərbçinin ölümü ilə bağlı materialları toplayır.

Bildirilir ki, 36 yaşlı rus hərbçinin həyat əlamətləri olmayan cəsədi onun hərbçi yoldaşları tərəfindən aşkar edilib. Onun üzərində hər hansı zorakılıq əlamətlərinə rast gəlinməyib: 

"Rusiya hərbi bazasının Ermənistandakı Cənub Hərbi Dairəsi üzrə komandanlığının komissiyası hüquq-mühafizə orqanları ilə birlikdə müqavilə əsasında hərbçinin ölümü ilə bağlı araşdırma aparır. Hərbçinin cəsədində zorakılıq əlamətlərinə rast gəlinməyib".

Hazırda hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılır.

Cinayət xəbərləri saytı shamshyan.com-un yazdığına görə, ölən şəxs 36 yaşlı müqaviləli hərbçi A.P.-dir.

18