Amerikalı biznesmen və milyarder İlon Mask, arxiv şəkli

"Bizdə olan Zona 51-dən daha maraqlıdır" - İlon Mask

51
(Yenilənib 18:38 01.09.2019)
"Bizim ən gözəl niyyətlərimizə və nələrsə etməyə çalışmağımıza rəğmən, ehtimal var ki, xarici qüvvələr, yaxud daxili gözlənilməz səhvlər sivilizasiyanın məhvinə gətirib çıxara bilər"

BAKI, 1 sentyabr — Sputnik. Məşhur biznesmen, "Tesla" şirkətinin yaradıcısı və baş direktoru İlon Mask planetlərarası araşdırmalar barədə fikirlərini bölüşüb və SpaceX-in (Maskın daha bir şirkəti) əfsanəvi Area 51 zonasından daha maraqlı obyektə malik olduğunu deyib. 

Sputnik bildirir ki, Şanxayda süni intellekt üzrə konfransda çinli milyarder, "Alibaba"nın yaradıcısı Cek Ma ilə birlikdə çıxış edərkən İlon Mask hökumətin yadplanetlilərlə əlaqəsini və onları ictimaiyyətdən gizlətdiyini təkzib edib. 

"Elə adamlar var ki, bizim yadplanetliləri tapdığımızı güman edirlər. İnanın, mən bilirəm: belə bir şey yoxdur, - Mask deyib. - Adamlar məndən soruşurlar ki, Zona 51-də olmuşamm.ı Yaxşı, oldu. SpaceX-in Zona 59-u var, bu Zona 51-dən səkkiz addım yaxşıdır".

​​Mask həmçinin Marsa təşkil ediləcək tədqiqat missiyalarından danışıb. O bildirib ki, "Yer kürəsinin başına hansısa bir fəlakətin gələ biləcəyi ehtimalı" bu missiyaları vacib edir.

​"Bizim ən gözəl niyyətlərimizə və nələrsə etməyə çalışmağımıza rəğmən, ehtimal var ki, xarici qüvvələr, yaxud daxili gözlənilməz səhvlər sivilizasiyanın məhvinə gətirib çıxara bilər, yaxud da onu o qədər zəiflədər ki, insanlar başqa bir planetdə yayıla bilməzlər", - Mask qeyd edib.

SpaceX şirkəti Starhopper gəmisinin sınaqların başlayıb. O, Maskın fikrincə, gələcəkdə insanları Marsa daşıyacaq Raptor ulduzlararası gəmisinin prototipidir.

51
Teqlər:
kosmik gəmi, Mars, yadplanetlilər, İlon Mask, kosmos
Əlaqədar
Maskdan "Tesla" ilə bağlı yenilik
İlon Mask Britaniya kraliçasını ələ saldı
Skafandrlı maneken hələ yerindədir
"Gələcəkdən gələn" adam: "2030-cu ildə dünya ölkələri tək dövlət adı altında birləşəcək"
ABŞ ordusu yadplanetli ovçularına xəbərdarlıq etdi – uzaq durun
Bayraq festivalı

"Eşkiya dünyaya hökmdar olmaz"ın İlyas Çakırbeylisi Azərbaycan gerbini hazırladı

7
(Yenilənib 00:43 22.01.2021)
Məşhur aktyor iş prossesini özünün "instagram" hesabında paylaşım edib: "Yavaş-yavaş, ehtiyatla, öyrənə-öyrənə.... Sakitlik hər zaman mümkündür. Nə edəcəyini bil yetər".

BAKI, 22 yanvar — Sputnik. "Eşkiya dünyaya hökmdar olmaz" serialında İlyas Çakırbeyli rolunu canlandıran Ozan Akaba Azərbaycanın milli gerbini hazırlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, məşhur aktyor iş prossesini özünün "Instagram" hesabında paylaşıb. Aktyor "yavaş-yavaş, ehtiyatla, öyrənə-öyrənə.... Sakitlik hər zaman mümkündür. Nə edəcəyini bil yetər" yazıb. Azərbaycandan olan izləyicilər aktyora xoş rəylər yazıblar.

View this post on Instagram

A post shared by Ozan Akbaba (@ozanakbaba)

Qeyd edək ki, aktyor "Aman Reis Duymasın", "Abluka", "Mutlak Adalet", "Krallar Kulübü", "Kadir ve Kardeşleri" və s. filmləri ilə məşhurdur.

7
Alen Delonun xanımı Natali Delon

Alen Delonun keçmiş həyat yoldaşı vəfat edib

5
(Yenilənib 00:37 22.01.2021)
Aktyorun oğlu Antoni Delon "Instagram" səhifəsində paylaşım edərək "Rahat yat, ana!" yazıb. Aktrisanın ölüm səbəbləri hələlik məlum deyil.

BAKI, 22 yanvar — Sputnik. Dünya şöhrətli fransız aktyoru və rejissoru Alen Delonun xanımı Natali Delon dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə aktyorun oğlu Antoni Delon "Instagram" səhifəsində paylaşım edərək "Rahat yat, ana!" yazıb. Aktrisanın ölüm səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, Alen Delon və Natali Delon 1964-ci ildə evləniblər. Natali ilə olan evlilikdən onun Antoni adlı bir oğlu var.

Onu da bildirək ki, Natali Delon 1964-1968-ci illərdə Alen Delonla evli olduğu zamanlarda, ərinin sayəsində kinoya gəlib. Birlikdə çəkdikləri ilk "Samuray" filmi ilə böyük bir uğur qazanıb. Boşandıqdan sonra Natali digər məşhur rejissorlarla işləməyə davam edib. Sonra rejissorluq etməyə və ssenari yazmağa başlayıb.

5
Manat, arxiv şəkli

Siyasi partiyalar dövlət vəsaitini hara sərf edir? partiya rəsmiləri açıqlayır

5
(Yenilənib 00:33 22.01.2021)
“Siyasi Partiyalar haqqında” qanuna uyğun olaraq dövlət büdcəsindən vəsaitin ayrılması yolu ilə siyasi partiyalara maliyyə yardımı göstərilir.

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 22 yanvar — Sputnik. Yeni Azərbaycan Partiyası (YAP) 2020-ci ilə dair gəlirləri və xərclərini açıqlayıb. Ötən il YAP-ın gəlirləri 12 288 708 manat olub. Qeyd edək ki, “Siyasi Partiyalar haqqında” qanuna uyğun olaraq dövlət büdcəsindən vəsaitin ayrılması yolu ilə siyasi partiyalara maliyyə yardımı göstərilir.

Bəs dövlət büdcəsindən maliyyələşən partiyalar hesabatlılığa nə qədər önəm verir və vəsaitlər nəyə xərclənir? Sputnik Azərbaycan mövzu ilə bağlı bir neçə partiya rəsmisinin fikirlərini öyrənib.

Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib ki, təmsil olunduğu partiya “Siyasi Partiyalar haqqında” qanunun tələblərinə uyğun olaraq hər ilin yekununda maliyyə hesabatını açıqlayır.

O bildirib ki, YAP-ın fəaliyyəti tamamilə şəffafdır:

“Yığılan üzvlük haqları və qəbul edilən vəsaitlər partiyanın saxlanmasına, müxtəlif tədbirlərin keçirilməsinə, eyni zamanda vaxtaşırı təşkil edilən humanitar fəaliyyətlərə sərf olunur. Partiyamızın rəhbəri ölkə başçısıdır və onun fəaliyyətindəki şəffaflıq rəhbərlik etdiyi partiyanın fəaliyyətində də özünü göstərir. YAP ölkəmiz üçün aktual olan bütün məsələlərlə bağlı prinsipial mövqeyini ortaya qoyur. Dövlət quruculuğu, seçkilər və cəmiyyətin maarifləndirilməsində öz üzərinə düşən vəzifələri yerinə yetirir”.

Hazırkı parlamentdə YAP-dan sonra ən çox millət vəkili ilə təmsil olunan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı isə deyib ki, rəhbərlik etdiyi partiya əsasən dövlət büdcəsi hesabına maliyyələşir və əlavə gəlir mənbəyi yoxdur. O bildirib ki, ayrılan vəsait partiyanın icra aparatının saxlanmasına sərf edilir. Sədr qeyd edib ki, partiya yarananda üzvlük haqqı toplamaq ənənəsi olmayıb və indi də yoxdur: “Partiyamızın böyük gəlirləri yoxdur. Bununla belə büdcədən ayrılan vəsaitin hesabına müəyyən humanitar aksiyalarda iştirak edirik. Ehtiyac olsa, partiyamız gəlirlər və xərclərlə bağlı hesabatı açıqlaya bilər”.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib ki, sədrlik etdiyi partiyanın hesabatı yaxın müddətdə hazırlanıb, təqdim ediləcək: “Partiyaların hesabatlı olmasına müsbət yanaşırıq. Bizim partiyamız ilkin hesabat təqdim edən partiyalardandır və bununla bağlı hər hansı problem yoxdur”. Vəsaitin yetərliliyi haqqında sualımıza cavabında partiya sədri bildirib ki, dövlət tərəfindən ayrılan vəsait yetərincədir və onu da partiyanın inkişafı üçün sərf edirlər.

“Eyni zamanda partiyamızda üzvlük haqları toplanır ki, bu da partiyamız üçün kifayət edir”, – deyə partiya sədri qeyd edib.

5