Almaniya Prezidenti Frank-Valter Ştaynmayer, arxiv şəkli

Almaniya prezidenti polyaklardan üzr istədi

16
(Yenilənib 14:06 01.09.2019)
"Əgər kimsə deyirsə ki, hər şey keçmişdə qalıb, nasional-sosialistlərin Avropadakı terroru alman tarixinin ikinci dərəcəli mərhələsidir, "o, öz adına danışır", - Ştaynmayer

BAKI, 1 sentyabr — Sputnik. Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayer İkinci Dünya Müharibəsi zamanı nasistlərin hərəkətlərinə görə polyaklardan üzr istəyib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə NDTV telekanalı xəbər verir.

Bu gün İkinci Dünya Müharibəsinin başlanmasından 80 il ötür. Bu münasibətlə Polşanın Velyun şəhərində xatirə mərasimi keçirilir. Tədbirdə Ştaynmayer deyib ki,  "Velyuna hücumun qurbanları qarşısında baş əyir". O qeyd edib ki, nasistlər Polşada insanlıq əleyhinə cinayətlər törədiblər. 

Ştaynmayer eyni zamanda əlavə edib ki, əgər kimsə deyirsə ki, hər şey keçmişdə qalıb, nasional-sosialistlərin Avropadakı terroru alman tarixinin ikinci dərəcəli mərhələsidir, "o, öz adına danışır". Almaniya Prezidenti həm alman, həm də polyak dilində çıxış edib.

Velyundakı mərasimə Ukraynanın Prezidenti Vladimir Zelenski ilə ABŞ lideri Donald Tramp da dəvət olunublar. Tramp Floridadakı qasırğa səbəbindən Polşaya gələ bilməyib. Rusiya Prezidenti Vladimir Putin isə Velyuna dəvət almayıb.

Mərasimdən öncə Polşa Prezidenti Ancey Duda bildirmişdi ki, İosif Stalinlə Adolf Hitler arasında Polşanın məhvi ilə bağlı razılaşma olub.

16
Teqlər:
üzr, prezident, II Dünya Müharibəsi, müharibə, Polşa, Almaniya