Ermənistan Baş naziri Nikol Paşinyan

Paşinyan Qarabağdan ötrü "geniş kombinasiya" axtarır

79
(Yenilənib 12:08 01.09.2019)
"Biz özümüzün iqtisadi tərəqqimizi ciddi şəkildə təmin etməliyik. Qarabağ məsələsi ayrılıqda diplomatik, yaxud hərbi yolla həll oluna bilməz"

BAKI, 1 sentyabr — Sputnik. "Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə diplomatik və ya hərbi fəzada mümkün deyil".

Sputnik Ermənistan bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa ermənilərinin  Nouvelle d'Arménie jurnalına müsahibəsində deyib.

"Bizim münaqişəmiz var və o, həll edilməyib. Əgər biz strateji düşüncəyə malik xalqıqsa, mən buna əminəm, biz məsələləri qısa zamanda, bir neçə günə həll edə bilmərik", - Paşinyan qeyd edib.

Onun sözlərinə görə, Qarabağ probleminin həlli üçün ölkənin potensialının konsolidasiyası gərəkdir. Birinci növbədə Ermənistanın cəmiyyəti və iqtisadiyyatı, nazirin fikrincə, rəqabətqabiliyyətli olmalı, daimi inkişaf yoluna qədəm qoymalıdır.

"Biz özümüzün iqtisadi tərəqqimizi ciddi şəkildə təmin etməliyik. Qarabağ məsələsi ayrılıqda diplomatik, yaxud hərbi yolla həll oluna bilməz. Mərkəzində güclü və rəqabətqabiliyyətli iqtisadiyyat, qüdrətli cəmiyyət və yüksək texnologiyalar dayanan geniş kombinasiya tələb olunur", - Paşinyan deyib.

"İdeya belədir ki, biz mümkün düşmənlərimizə xalq, cəmiyyət kimi bir olduğumuzu, bizimlə müharibə etməyin mənasız olduğunu göstərə bilək, çünki bunun yeganə nəticəsi yalnız onların məğlubiyyəti olacaq", - nazir bildirib.

Onun sözlərinə görə, münaqişə və onun həlli - hökumətin və baş nazirin özünün birinci dərəcəli vəzifəsidir. Öz rolunu isə Paşinyan milli potensialın birləşdirilməsi və inkişafı üçün real imkanların yaradılmasında görür.

Xatırladaq ki, ötən həftə Nikol Paşinyan Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Azərbaycan SSR-dən zor gücü ilə ayrılmasını Azərbaycanın SSRİ-dən çıxması prosesi ilə əsaslandırmağa cəhd etmişdi. Azərbaycan XİN isə bunu Paşinyanın hüquqi savadsızlığının və ya yalana əl atmasının sübutu kimi dəyərləndirmişdi.

 Azərbaycan tərəfinin bəyanatında həmçinin qeyd edilir ki: "Ermənistan tərəfinin tez-tez istinad etdiyi 1990-cı il 3 aprel tarixli "Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında" SSRİ Qanununun məqsədi, müttəfiq respublikaların SSRİ-dən ayrılması halında, SSRİ daxilindəki qarşılıqlı münasibətləri müəyyən bir prosedura yaratmaqla tənzimləməkdən ibarət idi. Müttəfiq respublikanın SSRİ-dən çıxması yalnız mürəkkəb çoxmərhələli proseduradan keçdikdən və nəticədə SSRİ Xalq Deputatları Qurultayı tərəfindən müvafiq qərar qəbul edildikdən sonra tamamlanmış hesab edilə bilərdi. Lakin qeyd olunan Qanun heç vaxt tətbiq edilmədi və heç bir müttəfiq respublika, o cümlədən Azərbaycan və Ermənistan bu Qanunda nəzərdə tutulmuş ayrılma qaydasından istifadə etmədi.

79
Teqlər:
Azərbaycan, Ermənistan, Dağlıq-Qarabağ münaqişəsi, Dağlıq Qarabağ
Əlaqədar
Rəsmi Bakıdan Paşinyana sərt cavab verildi
Söz "müharibəsi": "Ermənistan bizi ittiham edə biləcək subyektlər sırasında ən sonuncudur"
Ermənistanda müəmmalı istefaların səbəbi bilindi
XİN Mnatsakanyana cavab verdi: Səbrimiz tükənməz deyil
Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyini bərpa etməsi hər an yetişə bilər - XİN
Arxeoloji qazıntılar, arxiv şəkli

Yeddi min ilin sirri - Polşada qədim xəndəklər aşkar edilib

7
(Yenilənib 23:51 06.07.2020)
Polşada daha əvvəl buna bənzər tapıntı aşkarlanmayıb. Ancaq Slovakiyada, Çexiyada, Macarıstanda və digər ölkələrdə buna bənzər çıxıntılar - quruluşlar hələ də qalıb.

BAKI, 7 iyul — Sputnik. Arxeoloqlar qrupu Polşanın şimalında naməlum mənşəli xəndəklər sistemi aşkarlayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, tədqiqatlarla müəyyən edilib ki, hündürlükdən onlar tək şəkil kimi görünürmüş.

Xəndəklər ilk dəfə "Google Maps" və "Google Earth" xəritələrinin köməyi ilə gözə çarpıb. Alimlərin fikrincə, obyektlərin 7 minə yaxın yaşı var.

Polşada daha əvvəl buna bənzər tapıntı aşkarlanmayıb. Ancaq Slovakiyada, Çexiyada, Macarıstanda və digər ölkələrdə buna bənzər çıxıntılar - quruluşlar hələ də qalıb.

Xəndəklər bir mərkəz ətrafında oval şəklində qazılıb və bəzi yerlərdə torpaq "körpülər" qorunub saxlanılıb.

Xəndəklərin eni üç metr, dərinliyi iki metrdir. Ən böyüyünün diametri 85 metr təşkil edir. Yəqin ki, qədim tayfalar onları sümük alətlərinin köməyi ilə qazıblar, bu da çox səy və vaxt tələb edib. Arxeoloqların sözlərinə görə, gil torpaqlarda müasir avadanlıqlarla belə qaıntı aparmaq çətindir.

Elm adamları bu quruluşların ritual məna kəsb etdiyini düşünürlər. Ancaq burada hansı ayinlərin keçirildiyi hələ müəyyən edilməyib. İçəridə olan qədim kömür izləri burada hansısa tikilinin olduğunu və sonradan yandığını sübut edir.

7
London, arxiv şəkli

Fərdi sanksiyalar! Britaniya rusiyalılara səudiyyəlilərə qarşı "müharibəyə" başlayır

4
(Yenilənib 23:01 06.07.2020)
Bəzi rusiyalılara Birləşmiş Krallığa daxil olmaq qadağan ediləcək və onların Britaniya banklarındakı hesabları dondurulacaq.

BAKI, 6 iyul — Sputnik. Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Raab bazar ertəsi "Maqnitski düzəlişi" çərçivəsində insan hüquqlarının pozulmasına görə barəsində sanksiyalar tətbiq ediləcək Rusiya və Səudiyyə Ərəbistanı vətəndaşlarının adlarını açıqlayacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Financial Times" qəzeti nazirin özünə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, bəzi rusiyalılara Birləşmiş Krallığa daxil olmaq qadağan ediləcək və onların Britaniya banklarındakı hesabları dondurulacaq. "Financial Times" yazır ki, sanksiya siyahısında "işgəncə icraçılarının, qatillərin və təcavüzkarların" adları olacaq.

Raabın qara siyahısına, Londonun fikrincə, 2009-cu ildə hüquqşünas Sergey Maqnitskinin ölümündə əli olan şəxslərin adları da daxil ediləcək. Nəşrin məlumatına görə, sanksiyalar dərhal qüvvəyə minəcək.

Qəzetin yazdığına görə, siyahıda müxalifətçi jurnalist Camal Qaşıqçının öldürülməsində əli olduğu şübhəli bilinən Səudiyyə Ərəbistanı təbəələrinin də adları olacaq.

4