ABŞ prezidenti Donald Tramp, arxiv şəkli

Tramp kosmosu "yeni hərbi əməliyyatlar səhnəsi" adlandırıb

21
(Yenilənib 12:45 30.08.2019)
"Biz bilirik ki, münaqişələrin qarşısının alınmasının ən yaxşı yolu qələbəyə hazırlaşmaqdır"

BAKI, 30 avqust — Sputnik. ABŞ Prezidenti Donald Tramp kosmosu "yeni hərbi əməliyyatlar səhnəsi" adlandırıb.

Sputnik Azərbaycan "The Guardian" nəşrinə istinadən xəbər verir ki, Tramp bunu ölkəsinin kosmik komandanlığının rəsmi olaraq fəaliyyətə başladığını elan edərkən deyib.

"Kosmik komandanlıq yeni hərbi əməliyyatlar səhnəsi olan kosmosda ABŞ-ın əsas maraqlarını müdafiə edəcək. Hesab edirəm ki, bu hamı üçün kifayət qədər aşkardır", - Tramp deyib.

Onun sözlərinə görə, bundan sonra "yer, dəniz, hava və kiberməkan" kimi kosmos da ayrıca hərbi əməliyyatlar səhnəsi kimi nəzərdən keçiriləcək.

Tramp həmçinin qeyd edib ki, kosmik komandanlığın məqsədi ABŞ-ın kosmosda hakim vəziyyətini təmin etmək olacaq.

"Biz bilirik ki, münaqişələrin qarşısının alınmasının ən yaxşı yolu qələbəyə hazırlaşmaqdır", - prezident deyib.

Tramp həmçinin tezliklə ABŞ-ın kosmik qüvvələrinin də yaradılacağını bəyan edib.

Qeyd edək ki, Tramp bu ilin fevralında ölkəsinə qarşı təcavüzkarlığın qarşısının alınması və kosmosda milli maraqların qorunması məqsədilə kosmik qüvvələrin yaradılması haqqında sərəncam imzalayıb.

21
Teqlər:
hərbi əməliyyatlar, kosmos, Donald Tramp
Əlaqədar
İsrail kosmosda raketləri vurmağa qadir kompleksini sınaqdan keçirdi
NASA kosmik turizmə başlayır: Turistlər 2020-ci ildə gələcəklər
Məsut Özil, arxiv şəkli

Məsut Özil bundan sonra Türkiyədə oynayacaq

23
(Yenilənib 20:41 24.01.2021)
Türkiyə mediası 3.5 illik sözləşməyə imza atan Özilin bu müddət ərzində İstanbul klubunda 15 milyon avrodan çox qazacağını yazıb.

BAKI, 24 yanvar - Sputnik. Türkiyənin "Fənərbaxça" klubu yeni transferi Məsut Özillə 3,5 illik müqavilə bağlayıb.

Sputnik Azərbaycan klubun rəsmi saytına istinadla xəbər verir ki, 2014-cü ildən oyunçusu olduğu Almaniya millisindən istefa verən türkəsilli hücumameylli yarımmüdafiəçi müqaviləyə imza atdıqdan dərhal sonra məşqlərə başlayıb.

"Burada olduğum üçün xoşbəxtəm. Xəyalım gerçək oldu. İnanıram ki, uğurlu mövsüm keçirəcəyik", - deyə Özil vurğulayıb.

33 yaşlı oyunçunun transferi "sarı-lacivərdlilər"ə demək olar ki, havayı başa gəlib. Türkiyə mediası 3.5 illik sözləşməyə imza atan Özilin bu müddət ərzində İstanbul klubunda 15 milyon avrodan çox qazacağını yazıb.

Özil İngiltərə "Arsenal"ı ilə müqaviləsini pozduqdan sonra İstanbul klubu ilə razılaşıb. 

23
Teqlər:
İstanbul, "Fənərbaxça", məşhur futbolçu, futbolçu, Məsut Özil
Təyyarə qəzası, arxiv şəklli

Braziliyalı futbolçular təyyarə qəzasında həlak olublar

17
(Yenilənib 19:54 24.01.2021)
Qəza zamanı təyyarədə pilotdan başqa, Braziliyanın D seriyasında çıxış edən “Palmas” klubunun prezidenti və dörd futbolçusu olub.

BAKI, 24 yanvar - Sputnik. Braziliyanın Tokantis ştatının Portu-Nasiunal şəhərində təyyarə qəzası baş verib.

Sputnik Azərbaycan xarici KİV-ə istinadla xəbər verir ki, qəza zamanı təyyarədə pilotdan başqa, Braziliyanın D seriyasında çıxış edən “Palmas” klubunun prezidenti və dörd futbolçusu olub. Onların hamısı qəza zamanı həlak olublar.

Qeyd edilir ki, təyyarə səmaya qalxdıqdan dərhal sonra uçuş zolağı yaxınlığında qəzaya uğrayıb.

"Palmas" həlak olanların yaxınlarına və doğmalarına başsağlığı verib. Komanda sabah səfərdə “Vila-Nova” klubuna qarşı oynamalı idi.

17
Teqlər:
futbol klubu, futbol, Braziliya
Военные учения НАТО, фото из архива

"Rusların zəif yerindən vuraq": NATO-da fikirləşiblər

0
(Yenilənib 22:48 24.01.2021)
NATO qüvvələri tərəfindən Kalininqrada hücumun məşq edilməsi və rusiyalı hərbçilərin şəhər döyüşlərinə hazırlığı aşkar şəkildə kimin kiminlə döyüşməyə hazırlaşdığını göstərir.

BAKI, 24 yanvar - Sputnik, Andrey Kots. Hərbi kontingentin artırılması, ordu infrastrukturunun qurulması və beynəlxalq konsolidasiya - 2021-ci ildə NATO Rusiyanın qərb sərhədlərinə təzyiqi gücləndirəcək. May-iyun aylarında alyans soyuq müharibədən sonra ən iri Defender Europe 2021 manevrlərini keçirəcək. Onlara cavab olaraq sentyabrda Rusiya və Belarusun birgə “Qərb-2021” təlimləri baş tutacaq. Bütün bunların nə ilə nəticələnəcəyi barədə RİA Novosti-nin məqaləsində.

Döyüş meydanı - Avropa

Defender Europe 2021-də əvvəlki kimi Şərqi Avropa və Pribaltikada müdafiə və hücum əməliyyatlarını məşq edəcəklər. Təlimlərin əfsanəsinə görə, NATO qoşunları Kalininqrad vilayətinə hücum etməli, Rusiyanın qərb vilayətlərini mühasirəyə almalı və rusların genişmiqyaslı hücumunun qarşısını almalıdırlar. Ötən illərdən fərqli olaraq, 2021-ci ildə xüsusi diqqət Şərqi yox, Cənubi Avropaya ayrılacaq. Manevrlər Monteneqro, Kosovo və Albaniyada keçirilməlidir. Bolqarıstan və Rumıniyada HƏM təlimləri və “yer-yer” tipli raketlərin atışı olacaq. Macarıstan isə “müharibə”nin dərin arxa cəbhəsi olacaq.

Amerikalılar Avropaya böyük qüvvələr atacaqlar. Onların arasında 1-ci kavaleriya və 82-ci hava-desant diviziyalarının bölmələri də olacaq. Atlantikadan müxtəlif təyinatlı yüzlərlə texnika vahidi göndəriləcək. Bundan əlavə, Florida ştatından 53-cü piyada briqadası gələcək. İstisna edilmir ki, təlimlərdən sonra silahların bir hissəsini amerikalılar yenidən Avropada “unudacaqlar”. Mütəxəssislərin fikrincə, bu şəkildə Pentaqon ildən-ilə bölgədəki hücum imkanlarını artırır.

Defender Europe 2021-ə cavab olaraq Rusiya və Belarus sentyabrda “Qərb-2021” manevrlərini keçirəcəklər. Belarusun müdafiə naziri Viktor Xreninin bildirdiyinə görə, "birgə təlimlər yüksək şəhərləşmiş ərazidə birləşmiş hücum bölmələrinin birgə hərəkətlərinin yeni üsullarını sınaqdan keçirməyə imkan verəcək", həmçinin "yeni və müasir silah və texnika  nümunələrinin effektivliyi qiymətləndiriləcək". Minskdə vurğulayıblar ki, strateji manevrlər "İttifaq dövlətinin hərbi təhlükəsizliyini təmin etmək baxımından Belarus və Rusiya müdafiə qurumlarının möhkəm müttəfiq münasibətlərini və yekdil baxışlarını" əks etdirir.

Güc nümayişi

Heç bir tərəf manevrlərin hansısa dövlət və ya hərbi bloka qarşı yönəlmiş olmaması barədə ənənəvi diplomatik ifadələrdən istifadə etmir. NATO qüvvələri tərəfindən Kalininqrada hücumun məşq edilməsi və rusiyalı hərbçilərin şəhər döyüşlərinə hazırlığı aşkar şəkildə kimin kiminlə döyüşməyə hazırlaşdığını göstərir. Əlbəttə, tammiqyaslı hərbi münaqişə ehtimalı azdır, amma realdır.

Mütəxəssislərin fikrincə, 2021-ci ildə NATO-nun hərəkətlərinə ABŞ-da hakimiyyətin dəyişməsi birbaşa təsir edəcək. Donald Trampın 4 illik prezidentliyi dövründə Şimali Atlantika blokunun birliyi xeyli zəifləyib. Ağ Evin sahibi ilk növbədə ABŞ-ın maraqlarını güddüyünü gizlətmirdi, hətta alyansı tərk etmək variantını istisna etmirdi. Belə ritorika Avropada ciddi narahatlıq doğurdu, yenə də Aİ ordusu məsələsi gündəmə gəldi. Yeni prezident yəqin ki, hər şeyi düzəltməyə çalışacaq.

"Rusiya və NATO arasında münasibətlər bu il pisləşəcək. Bayden alyansı bərpa və səfərbər etmək istəyir. Bunun üçün isə xarici düşmən lazımdır. Rusiya bu rola yaxşı yarayır, çünki Çin çox uzaqdır. Xarici düşmən obrazı Vaşinqtona Amerika cəmiyyətini konsolidasiya etmək üçün lazımdır” – deyə Geosiyasi problemlər akademiyasının birinci vitse-prezidenti Konstantin Sivkov bildirir.

Pul qazanmaq

Ekspertlər onu da qeyd edirlər ki, həqiqətdə NATO-nun Rusiyaya dair aqressiv planları yoxdur. Alyansın getdikcə genişlənməsi isə amerikalılar üçün pul qazanmaq və Avropanı özlərinə daha sıx bağlamaq üsuludur. Vaşinqton Trampaqədərki dövrə qayıdacaq və Köhnə qitənin işlərinə qarışmağı gücləndirəcək.

“Mənə elə gəlir ki, 2021-ci ildə NATO hərbi təşkilatdan qlobal korporasiyaya çevrildiyini nümayiş etdirəcək. Alyansın əsas problemi yenə aktualdır. Söhbət maliyyələşmədən gedir. Pulu verən musiqini dı sifariş edir. Büdcənin üçdə ikisini ABŞ doldurur, bu heç kimə sirr deyil. Biz gözəl başa düşürük ki, xərclər artıq trilyon dolları keçib. İlk növbədə Vaşinqtonun sayəsində. Avropa dövlətləri ABŞ-dan tədarüklərə ümid edirlər. Bu ABŞ-ın nəhəng müdafiə büdcəsini ayaq üstə saxlayır. NATO-nun maraqların xidmət edən korporasiyalar böyük pullar qazanırlar”, - politoloq Sergey Sudakov bu fikirdədir.

Ekspert vurğulayır ki, NATO-nun fəaliyyəti artıq bu gün pulların bir cibdən digərinə ötürülməsi kimi görünür. Vaşinqton NATO-ya vəsait ayırır, müttəfiqlər o pullara ABŞ texnikası və silahlarını alırlar və dairə qapanır.

Avropa Baydenin dövründə ABŞ üçün hərbi məmulatın əsas tədarük bazarlarından biri olaraq qalacaq. Demək, okeanın o tayından anti-Rusiya ritorikasının güclənməsini gözləmək lazımdır. Lakin mütəxəssislərin çoxu əmindir: çətin ki, Vaşinqton və Brüssel gücünə görə dünyanın ikinci ordusunu həqiqətən sınağa çəkmək istəsinlər.

 

0
Teqlər:
Ağ Ev, Belarus, Rumıniya, Bolqarıstan, Macarıstan-Serbiya sərhədi, Macarıstan, Avropa, Monteneqro, Kosovo, ABŞ, Rusiya, NATO