Federal Rezerv Sistemi

Dünya iqtisadiyyatına "ağıldankəm" istiqamət verir?

27
(Yenilənib 23:14 28.08.2019)
Tramp məsələni belə qoyub: görəsən, Amerika iqtisadiyyatının ən böyük düşməni kimdir - Çin lideri Si Cinpin, yoxsa Pauell?

BAKI, 28 avqust — Sputnik. Donald Tramp Federal Ehtiyatlar Sistemini (FES) axmaqlıqda günahlandırıb.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, ABŞ Prezidentini özündən çıxaran səbəb G7 ölkələrində aşağı faiz dərəcələri olub.

​​"Bizim FES "əqli cəhətdən" başqa ölkələrlə rəqabət apara bilmir. Fransada G7-dəki bütün ölkələrin liderləri faiz xərclərinin xeyli azalmasına görə eyforiyada idilər", - Tramp  Twitter-də yazıb. 

​"Almaniyaya borc götürdüyünə görə "xərac verirlər" - sıfır stavka! FES-in heç bir anlayışı yoxdur", - Tramp hiddətlənib.

ABŞ lideri müntəzəm olaraq FES-in başçısı Cerom  Pauelli baza faiz dərəcəsini aşağı salmaqdan imtina etdiyinə görə tənqid edir. Keçən həftə hətta Tramp məsələni belə qoyub: görəsən, Amerika iqtisadiyyatının ən böyük düşməni kimdir - Çin lideri Si Cinpin, yoxsa Pauell?

Sonuncu dəfə ABŞ-ın Federal Ehtiyat Sistemi 30-31 iyul tarixlərində keçirilən iclasların yekunu üzrə 10 il ərzində ilk dəfə olaraq baza faiz dərəcəsini 25 bənd azaldaraq illik 2-2,25% səviyyəsinə endirib.

27
Teqlər:
G7, faiz dərəcəsi, Donald Trump, Federal Rezerv Sistemi, dollar
Əlaqədar
On il sonra ilk dəfə: FED faiz dərəcəsini azaltdı
ABŞ-ın qərarı Azərbaycana təsirsiz ötüşməyəcək
"Bizim problemimiz Çin deyil" - Tramp