Asteroid

Bir gündə iki asteroid Yerə yaxınlaşacaq

51
(Yenilənib 21:40 28.08.2019)
NASA xəbərdarlıq edib: ən yaxın məsafə 1 milyon km olacaq

BAKI, 28 avqust — Sputnik. Sentyabrın 14-də iki böyük asteroid Yerə yaxınlaşacaq. 

Sputnik Azərbaycan xəbər verir ki, məlumatı NASA yayıb.

"2000QW7" adlı asteroidlərdən birinin diametri 290-650 metr təşkil edir. NASA bildirib ki, asteroid planetə 5,3 milyon kilometr məsafədə yaxınlaşacaq.

Həmin gün diametri 120-260 metr olan "2010CO1" asteroidi də təqribən eyni məsafədə Yerin yaxınlığında uçacaq.

Bir müddət öncə bildirilib ki, digər bir asteroid - "2019 OU1" bir milyon kilometr məsafədə Yerə yaxınlaşacaq.

51
Teqlər:
kosmos, Yer kürəsi, asteroid
Əlaqədar
"Ulduz yağışı"nın ən gözəl kadrları
Bu gecə nəhəng və təhlükəli asteroid Yerin yaxınlığından keçəcək
İlon Mask, arxiv şəkli

Orbitə bir dəfəyə rekord sayda kosmik aparat çıxarılıb

2
Daşıyıcı raketin göyərtəsində 133 dövlət və kommersiya peyki var. Bundan əlavə, həmin buraxılışa 10 "Starlink" internet mikro-peyki daxildir. orbitə bir dəfəyə rekord sayda kosmik aparat çıxarılan ilk buraxılışdır.

BAKI, 24 yanvar - Sputnik. "SpaseX" şirkəti bu gün "Falcon-9" raket daşıyıcısının 143 raketlə orbitə buraxılışını həyata keçirib.

Sputnik Azərbaycan xəbər verir ki, start ABŞ-ın şərq sahili vaxtı ilə saat 10:00-da (19:00 GMT+4) Kanaveral (Florida ştatı) kosmodromunda baş tutub.

Daşıyıcı raketin göyərtəsində 133 dövlət və kommersiya peyki var. Bundan əlavə, həmin buraxılışa 10 "Starlink" internet mikro-peyki daxildir. Şirkətdən bildirirlər ki, bu, orbitə bir dəfəyə rekord sayda kosmik aparat çıxarılan ilk buraxılışdır.

Peyklər sartdan təxminən bir saat sonra yerətrafı orbitə buraxılıb.

2
Məsut Özil, arxiv şəkli

Məsut Özil bundan sonra Türkiyədə oynayacaq

24
(Yenilənib 20:41 24.01.2021)
Türkiyə mediası 3.5 illik sözləşməyə imza atan Özilin bu müddət ərzində İstanbul klubunda 15 milyon avrodan çox qazacağını yazıb.

BAKI, 24 yanvar - Sputnik. Türkiyənin "Fənərbaxça" klubu yeni transferi Məsut Özillə 3,5 illik müqavilə bağlayıb.

Sputnik Azərbaycan klubun rəsmi saytına istinadla xəbər verir ki, 2014-cü ildən oyunçusu olduğu Almaniya millisindən istefa verən türkəsilli hücumameylli yarımmüdafiəçi müqaviləyə imza atdıqdan dərhal sonra məşqlərə başlayıb.

"Burada olduğum üçün xoşbəxtəm. Xəyalım gerçək oldu. İnanıram ki, uğurlu mövsüm keçirəcəyik", - deyə Özil vurğulayıb.

33 yaşlı oyunçunun transferi "sarı-lacivərdlilər"ə demək olar ki, havayı başa gəlib. Türkiyə mediası 3.5 illik sözləşməyə imza atan Özilin bu müddət ərzində İstanbul klubunda 15 milyon avrodan çox qazacağını yazıb.

Özil İngiltərə "Arsenal"ı ilə müqaviləsini pozduqdan sonra İstanbul klubu ilə razılaşıb. 

24
Teqlər:
İstanbul, "Fənərbaxça", məşhur futbolçu, futbolçu, Məsut Özil