Məşhur yazıçı prezidentin hərəkətlərinə görə üzr istədi

© AP Photo / Boris HegerBraziliyalı yazıçı Paulo Koelyo, arxiv şəkli
Braziliyalı yazıçı Paulo Koelyo, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bolsonaru fransalı həmkarının "müstəmləkəçi mentaliteti"nə malik olduğunu deyib

BAKI, 28 avqust — Sputnik. Məşhur braziliyalı yazıçı Paulo Koelyo Fransa Prezidenti Emmanuel Makron və onun həyat yoldaşı Bricit Makronun ünvanına kəskin ifadələr işlətmiş Braziliya Prezidenti Jair Bolsonarunun hərəkətlərinə görə fransız xalqından üzr istəyib.

Sputnik Azərbaycan xəbər verir ki, Koelyo bununla bağlı "Twitter" sosial şəbəkəsində videomüraciət yerləşdirib.

"Bu bir qədər kədərli video ona görə çəkilib ki, fransalı dostlarımdan baş vermiş böhrana, Bolsonarunun Fransaya qarşı, Fransa prezidenti və onun həyat yoldaşına qarşı isterikasına görə üzr istəyim... Üzr istəyirəm, min dəfə üzr istəyirəm", - Koleyo videomüraciətində deyib.

Qeyd edək ki, keçən həftə Bolsonaru Makronla qiyabi mübahisəyə girərək onun "müstəmləkəçi mentaliteti"nə malik olduğunu və fransalı həmkarının Amazon meşələrində baş verən yanğınları "G7" sammitində müzakirə etmək təklifi ilə şəxsi maraqlarını güddüyünü iddia edib.

Bolsonaru həmçinin Fransa prezidentinin irəli sürdüyü və "G7" sammitində razılaşdırılmış yardım layihəsini tənqid edib. Bundan başqa Braziliya lideri "Facebook" sosial şəbəkəsində Bricit Makronla bağlı kəskin şərh yazıb.

Makron özü braziliyalı həmkarının ona qarşı hücumlarını şərh edərkən Bolsonarunun hərəkətinin onu təəssüfləndirdiyini və kədərləndirdiyini bildirib.

Xəbər lenti
0