Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Dövlət Başçısı Vladimir Putin 14-cü MAKS-2019 beynəlxalq hava sərgisində

Putin Ərdoğana "F-35"lərin alternativini göstərdi

87
(Yenilənib 17:45 27.08.2019)
Ərdoğan Rusiyanın ən yeni "Su-57" döyüş təyyarəsinə baxış keçirib

BAKI, 27 avqust — Sputnik. Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan bu gün "MAKS-2019" aviakosmik beynəlxalq sərgisinin açılışında iştirak ediblər.

Sputnik Azərbaycan Anadolu Agentliyi-nə istinadən xəbər verir ki, Türkiyə lideri sərgidə iştiraka dəvət olunduğuna görə rusiyalı həmkarına təşəkkürünü bildirib.

Prezidentlər həmçinin "MAKS-2019" aviakosmik sərgisində nümayiş olunan Rusiyanın ən yeni "Su-57" döyüş təyyarəsinə baxış keçiriblər.

Dövlət başçıları nərdivanla təyyarənin kabinəsinə qalxıblar.

"Su-57" təyyarəsindən başqa, prezidentlər "Su-35" qırıcı təyyarəsini, "Ka-62" və "Mi-38" helikopterlərinə də baxış keçiriblər.

Putin həmçinin türkiyəli həmkarına "Be-200" amfibiya təyyarəsinin əsas xüsusiyyətləri haqqında məlumat verib.

"Suxoy" konstruktor bürosu tərəfindən layihələndirilmiş "Su-57" təyyarəsinin əsas üstünlüyü radara düşməməsidir.

Xatırladaq ki, iyulun 17-də rəsmi Vaşinqton Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin Türkiyəyə tədarükünün başlaması ilə əlaqədar olaraq Ankaranın "F-35" proqramından çıxarılmasına dair qərar qəbul edib.

87
ABŞ Prezidenti Donald Tramp

Donald Tramp qələbə qazanacağına çox əmindir

0
"Floridada keçirilən seçkiqabağı mitinq ikinci olacaq birinin çıxışı deyildi, düzdür?" - Tramp sual edib.

BAKI, 24 oktyabr — Sputnik. ABŞ Prezidenti Donald Tramp prezident seçkilərində liderlik şansını dəyərləndirib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, o qarşıdan gələn seçkilərdə qələbə çalacağını dilə gətirib.

"Floridada keçirilən seçkiqabağı mitinq ikinci olan birinin çıxışı deyildi, düzdür?" - Tramp sual edib.

Eyni zamanda Ağ Evin rəhbəri 4 il əvvəlki seçki kampaniyasının indikindən geri qaldığını qeyd edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp prezident seçkilərində artıq erkən səs verib.

ABŞ-da prezident seçkiləri noyabrın 3-ü keçiriləcək. Prezident Donald Trampın əsas rəqibi Demokratlar Partiyasından olan keçmiş vitse-prezident Cozef Baydendir.

0
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: "Azərbaycandakı faciələrin arxasında Fransa dayanır

25
(Yenilənib 18:20 24.10.2020)
"Sadəcə, ermənilərə silah göndərirsiniz və ermənilərə göndərdiyiniz silahlarla sülh yaradacağınızı fikirləşirsiniz".

 

BAKI, 24 oktyabr — Sputnik. “Bu səhər İlham Əliyev ilə telefonla danışdım. Hazırda azərbaycanlı qardaşlarımız işğal altındakı ərazilərə doğru hərəkət edirlər. Geri almağa başlayıblar”.

Anadolu agentliyi xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri çıxışında Fransanı da sərt tənqid edib.

“Hazırda Azərbaycandakı fəlakətlərin arxasında Fransa var”, - deyə o bildirib.

“Minsk qrupunda varsınız. Bu günədək nə etmisiniz? Azərbaycan ərazilərini işğaldan azad etmisiniz? Sadəcə, ermənilərə silah göndərirsiniz və ermənilərə göndərdiyiniz silahlarla sülh yaradacağınızı fikirləşirsiniz. Edə bilməzsiniz, çünki səmimi deyilsiniz”, - o qeyd edib.

25