Ceremi Klarkson, teleaparıcı

Məşhur teleaparıcı kraliça II Yelizavetaya baxıb arıqladı

23
(Yenilənib 22:59 24.08.2019)
Jurnalist həmçinin etiraf edib ki, daha pivə içmir. Çünki, onun sözlərinə görə, pivə artıq kişi içkisi olmaqdan çıxıb

BAKI, 25 avqust — Sputnik. Məşhur teleaparıcı və jurnalist Ceremi Klarkson Böyük Britaniya kraliçası II Yelizavetanın pəhrizi ilə arıqladığını deyib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə The Sun yazıb.

Qabaqlar siqaret və zərərli qida düşkünü olan Klarkson bir gün həyat tərzini dəyişmək qərarına gəlib. Teleaparıcı bildirib ki, bunun üçün "kral yanaşmasından" istifadə edib. Onun sözlərinə görə, II Yelizaveta idman zalına getmir, pəhrizi isə qidanın kiçik porsiyalarla qəbul edilməsindən ibarətdir.

"Bu gün lançda salat yeyib, su içmişəm, - deyən Klarkson bildirib ki, Böyük Britaniya kraliçasının 93 yaşı var və özünü əla hiss edir. - Eşitmişəm ki, o, az-az yeyir. Adətən, bir qədər muss, bir qədər də kahı yeyir".

Jurnalist həmçinin etiraf edib ki, daha pivə içmir. Çünki, onun sözlərinə görə, pivə artıq kişi içkisi olmaqdan çıxıb. Ancaq hərdənbir oynaq roze (çəhrayı şərab) içməkdən vaz keçmir.

Klarkson "Top Gear" və "Kim milyonçu olmaq istər?" viktorinasının britaniya versiyasının aparıcısıdır. Onun İnstagram səhifəsinin izləyicilərinin sayı 2 milyondan çoxdur.

23
Əlaqədar
Alimlər arıqlamağın ən effektiv üsulunu sübut ediblər
Qəhvə necə arıqladır - alimlərdən yeni təcrübə
İlon Mask Britaniya kraliçasını ələ saldı
Laboratoriya işçisi, arxiv şəkli

Koronavirusla mübarizədə yeni üsul - şüa terapiyası

3
(Yenilənib 23:07 14.08.2020)
Rusiya alimlərinin fikrincə isə bu müalicə forması heyvanlar üzərində sınandıqdan sonra istifadə edilə bilər.

BAKI, 15 avqust — Sputnik. Alimlər koronavirusun müalicəsi üçün yeni üsul təklif ediblər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, alimlər koronavirusu müalicə etmək üçün şüalanmadan istifadə etməyi təklif edirlər.

Məlumata görə, müalicə üsulunu eyni zamanda bir çox ölkələrin elmi kollektivləri təklif edib. Söhbət şüalanma terapiyasından gedir.

Məsələn, Kanadanın Xərçəng Mərkəzinin Tibbi Fizika şöbəsinin mütəxəssisləri müəyyən ediblər ki, aşağı dozalı rentgen şüaları pnevmoniyadan ölüm riskini 20 faiz azaldır.

Eyni zamanda bu terapiya üsulu sətəlcəmin ən kəskin dövründə ölüm hallarını iki dəfə azalda bilər.

Artıq bu metodika ABŞ-da sınaqdan keçirilib.

Araşdırmada iştirak edən 10 xəstə 12 gün əvəzinə 3 günə sağala bilib, bununla yanaşı, xəstəxanadan çıxma müddəti 20 gündən 12 günə düşüb.

Eyni zamanda, Amerika radioloqları bu müalicənin əks-təsirləri haqqında məqalə hazırlayıblar. Onların fikrincə, şüa terapiyası yalnız iltihabı azaldır, həm də koronavirusla mübarizə üçün lazım olan immun hüceyrələri öldürür.

Rusiya alimlərinin fikrincə isə bu müalicə forması heyvanlar üzərində sınandıqdan sonra istifadə edilə bilər.

"COVID-19 zamanı ağciyər toxumalarının bərpası pozulur. Radiasiya terapiyası bu prosesi yalnız ağırlaşdıra bilər. Ağciyərlərin fibrozlaşması yalnız şiddətlənər", - deyə professor Qalina Reva bildirib.

Onun sözlərinə görə, alimlər hələ də koronavirus infeksiyası barədə çox məlumatlı deyillər. Bu səbəbdən də insan bədənini sınaq meydanına çevirmək yolverilməzdir.

3
Teqlər:
müalicə, Koronavirus, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
ABŞ koronavirus istehsalına başlayıb – peyvənd olanlara vurulacaq
Koronavirusa yoluxanların sayı 21 milyona yaxınlaşır
Hindistan koronavirus əleyhinə dərmanın satışına başladı - 64 manata
Rusiya dünyada koronavirus əleyhinə peyvəndi qeydiyyatdan keçirən ilk ölkə oldu
ABŞ-ın baş infeksionisti Rusiyanın koronavirus peyvəndinə şübhə edib
Aktrisa Leoni Hemsvort oğlu Kris Hemsvortla birgə, arxiv şəkli

Aktyor Kris Hemsvortun altmış yaşlı anasının gəncliyi gözəlliyi hər kəsi şoka salıb

7
(Yenilənib 22:48 14.08.2020)
Fotomodel və aktrisa olan Elsa Pataki qaynanası Leoninin ciddi qidalanma rejimi sayəsində 30 il daha gənc göründüyünü bildirib

BAKI, 15 avqust — Sputnik. Aktyor Kris Hemsvortun "əbədi gənc" hesab olunan 60 yaşlı anasının gözəlliyinin sirri açılıb. Aktyorun həyat yoldaşı Elsa Patakinin (Elsa Pataky) qaynanası ilə bağlı fikirləri Britaniyanın Daily Mail tabloidində yer alıb.

Fotomodel və aktrisa olan Elsa Pataki qaynanası Leoninin ciddi qidalanma rejimi sayəsində 30 il daha gənc göründüyünü izah edib. "O, bizim bildiyimiz ciddi intervalla aclıq prinsiplərinə riayət etməyə başlayan ilk adam idi. Və Leoni möhtəşəm görünür. Onun 60 yaşı var, lakin ildən-ilə daha da gözəlləşir", - deyə Pataki bildirib.

Leoni bu rejimə həftədə bir gün yeməkdən başlayıb. Sonra o, hər gün 15-16 saat ərzində qidadan uzaq durmağa başlayıb.

Leoni Hemsvortun zahiri görünüşü aktyorun pərəstişkarlarını heyran edib. Kris may ayında Analar Günündə anası ilə çəkdirdiyi şəklini paylaşıb. Şəkli şərh edənlər Leoninin zahiri görünüşünə təriflər yağdırıblar. Hətta qeyd ediblər ki, Leoni sanki Krisin anası yox, bacısıdır.

Daha əvvəl media 56 il aktyor sənəti və ingilis dili üzrə müəllim işləmiş 81 yaşlı London sakininin gənc və gözəl görünüşünün sirrini açmağa çalışmışdı. Qadın bildirmişdi ki, aktiv həyat tərzi keçirir, gündəlik meditasiya edir və cavanlaşdırıcı kremlərdən istifadə edir.

7
Əlaqədar
Hollivud ulduzu Kemeron Diaz kinodan niyə getdiyini açıqlayıb
Canet Cekson azərbaycanlı müğənniyə təşəkkür edib: Mahnımı gözəl oxuyursan
Bədən tərbiyəsi müəllimi arıqlamağın sadə yolunu öyrədib
Dünya şöhrətli model: "Özümü faydasız hiss edirəm"
Türkiyəli məşhur aktrisadan nümunəvi addım
Polis postu, arxiv şəkli

Paytaxtdan rayona gedənlər orada xəstəliyi artırıblar

0
Hacıyev bildirib ki, ezamiyyə vərəqləri ilə rayonlara gediş-gəliş rayonlarda COVID-19-a yoluxmada müəyyən artıma səbəb olub.

BAKI, 15 avqust — Sputnik. "Rayonlara gediş-gəlişin açılması müzakirə olunur. Lakin hələlik bu haqda qərar vermək erkən olardı. Bir çox məqamlar xırdalığına qədər, elmi nöqtəyi-nəzərdən də araşdırılır".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, ezamiyyə vərəqləri ilə rayonlara gediş-gəliş rayonlarda COVID-19-a yoluxmada müəyyən artıma səbəb olub.

 

0