Amerikalı aktrisa Skarlet Yohanson

"Forbes" ən çox qazanan aktrisaların adını açıqlayıb

62
(Yenilənib 00:04 25.08.2019)
Yohanson 2017-ci ilin iyunundan 2018-ci ilin iyununadək olan müddət ərzində 40,5 milyon dollar qazanıb

BAKI, 25 avqust — Sputnik. Amerikalı aktrisa Skarlet Yohanson yenə "Forbes" jurnalının yüksəkmaaşlı aktrisalar reytinqinə başçılıq edib.

Sputnik Azərbaycan xəbər verir ki, Yohanson il ərzində 56 milyon dollardan çox qazanıb.

Keçən il də aktrisa bu reytinqdə birinci yeri tutub. Onun 2017-ci ilin iyunundan 2018-ci ilin iyununadək olan müddət ərzində 40,5 milyon dollar qazandığı bildirilir.

"Forbes" xəbər verir ki, Yohansonun "Qara Dul" (Black Widow) filmindəki Nataşa Romanova adlı rus casus rolu onun üçün xüsusilə gəlirli olub. Bu rol aktrisanın gəlirlərini dörd dəfə artırıb.

Qeyd olunur ki, aktrisanın bu il qazancının çox hissəsi "Marvel" kinematoqrafiya kainatının "Qara Dul" və "Qisasçılar: Final" filmlərindən gəlib.

Reytinqdə ikinci yeri "Müasir Ailə" (Modern Family) serialının ulduzu Sofiya Verqara tutub. Onun gəliri 44,1 milyon dollar təşkil edib.

Üçüncü yerdə isə Riz Uizerspun qərarlaşıb. "Forbes" onun gəlirinin 35 milyon dollar olduğunu qeyd edir.

İlk beşliyə həmçinin Nikol Kidman və Cenifer Eniston düşüblər.

62
Teqlər:
Hollivud, aktrisa, ən varlı, "Forbes" jurnalı
Əlaqədar
Məşhur aktrisadan 61 yaşında əzələ nümayişi – VİDEO
Bir ildə 99 milyon qazanan idmançı – Ancaq evində yemək yeyir
O, dünyada ikinci ən varlı adamdır