Tramp Makronla nahardan sonra vədlər verdi

© REUTERS / Kevin LamarqueDonald Tramp və Emmanuel Makron, arxiv şəkli
Donald Tramp və Emmanuel Makron, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın nöqteyi-nəzərincə, ən aktual ikitərəfli mövzulardan biri Fransada "rəqəmsal vergi"dir

BAKI, 24 avqust — Sputnik.  ABŞ Prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronla nahar etdikdən sonra hər iki ölkə üçün yaxşı olacağı vədini verib.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə o, sosial şəbəkədə qeyd edib.

"İndicə Fransa Prezidenti Emmanuel Makronla nahar edirdik. Bizim ölkələrimiz üçün çox yaxşı şeylər baş verir. Digər dünya liderləri ilə böyük həftəsonu!" - deyə Tramp Twitter-də yazıb.

​Makron Trampı Biarritzdə, "Böyük yeddiliy"in sammitinin başladığı şəhərdə  qəbul edib. ABŞ-ın nöqteyi-nəzərincə, ən aktual ikitərəfli mövzulardan biri Fransada "rəqəmsal vergi"dir. 

​İyulun ortasında Fransa parlamenti Amazon, Apple, Facebook və Google kimi rəqəmsal şirkətlərin xidmətlərinə görə vergi ödəmələrini qanuniləşdirib. Tramp isə buna cavab olaraq Fransa şərablarına vergi tətbiq edəcəyini bildirib.

Makron isə öz növbəsində İranın nüvə proqramı üzrə Hərtərəfli birgə fəaliyyət planı razılaşmasını saxlamağa çalışır. O, İran, Rusiya və digər maraqlı tərəflərlə ünsiyyət saxlayır. Ancaq bir müddət öncə Tramp bildirmişdi ki, ABŞ-a vasitəçilər lazım deyil və Tehranla dialoq birbaşa olmalıdır.

Xəbər lenti
0