Qolf, arxiv şəkli

Ay uçan quşlar... qolfçular bozcaların "hücumuna" məruz qaldılar - VİDEO

25
(Yenilənib 22:49 24.08.2019)
Bozcalar balalarını qolfçulardan qorumaq istəyiblər

BAKI, 24 avqust — Sputnik. Avstraliyanın Brisben şəhərində qolf oyunu zamanı iştirakçıların başına maraqlı hadisə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, qolfçular oyun zamanı quşların hücumuna məruz qalıblar. Hadisənin görüntülərini "ViralHog" kanalı "YouTube" video paylaşma saytında yerləşdirib.

Kadrlarda qolf oyunçularının iki bozca quşunun "hücumuna" məruz qaldığını görmək olar. Videogörüntülərin altında yazılmış qeyddə isə bildirilir ki, əslində bozcalar balalarını qolfçulardan qorumaq istəyiblər.

25
Teqlər:
hücum, Avstraliya, qolf, quş