Türkiyə İraqın şimalında əməliyyata başladı

© AATürk əsgəri
Türk əsgəri - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb

BAKI, 24 avqust — Sputnik. Türkiyə İraqın şimalında "Pəncə-3" əməliyyatına başlayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan
Ərdoğan Rusiyaya gedir

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalındakı Sinat-Haftanin bölgəsində "Pəncə-3" əməliyyatının başlanıldığı açıqlayıb.

Açıqlamada deyilib ki, bu əməliyyatın məqsədi sərhəd təhlükəsizliyini təmin etmək, Sinat-Haftanin bölgəsində yerləşən terrorçuları və istifadə etdikləri mağara və sığınacaqları məhv etməkdir. Əməliyyat uğurla davam edir.

Xəbər lenti
0