Böyük Britaniyanın Baş Naziri Boris Conson

Boris Conson qonaq gəldiyi sarayda ayağını masaya qaldırdı

67
(Yenilənib 23:17 22.08.2019)

BAKI, 22 avqust — Sputnik. Böyük Britaniyanın Baş Naziri Boris Conson Yelisey sarayında ayağını qaldıraraq masanın üstünə qoyub.

Sputnik Azərbaycan bildirir ki, buna Busines Insider dərgisi diqqət çəkib.

Sosial şəbəkələrdə Consonu Fransa Prezidenti Emmanuel Makronla görüşdə özünü biədəb apardığına görə tənqid ediblər. Xüsusilə, Britaniya Baş Nazirinin bioqrafı Sonya Pernell onun bu hərəkətini "qaba və ayıb" adlandırıb.

​Ancaq Bİ qeyd edir ki, çox güman ki, Consonun bu hərəkəti sadəcə zarafat imiş.

"Elə görünür ki, əgər baş nazir geriyə yaslananarsa, Makron masadan ayaq qoymaq üçün taburet kimi istifadə edə biləcəyini təxmin edib, Conson da zarafatla bunu edib", - Sun qəzetinin jurnalisti Twitter-də yazıb.

​Sosial şəbəkədə yayılan videoda siyasətçilərin güldüyü görünür. Buna baxmayaraq, şərhçilərin çoxu siyasətçinin hərəkətinin diplomatik qaydalara sığmadığı qənaətindədir.

67
Teqlər:
Böyük Britaniya, Fransa, Emmanuel Makron, Boris Conson
 Türkiyə sülhməqamlıları, arxiv şəkli

Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair anlaşma imzalandı

28
(Yenilənib 12:11 01.12.2020)
"Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün lazımi işlər gedir"

BAKI, 1 dekabr — Sputnik. Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair texniki detallarla bağlı müzakirələr başa çatıb və tərəflər arasında anlaşma imzalanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib.

"Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün lazımi işlər gedir", - deyə məlumatda qeyd olunub.

Həmçinin qeyd olunur ki, noyabrın 11-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu Azərbaycan və Ermənistan arasında atəşkəsi müşahidə etmək və nəzarət üçün video konfrans formatında anlaşma memorandumu imzalayıb.

28
Teqlər:
anlaşma, Rusiya, Türkiyə, Qarabağ
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti ucuzlaşıb

4
Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

 

BAKI, 1 dekabr — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,68 dollar ucuzlaşaraq 48,05 dollar təşkil edib.

“Brent” markalı neftin bir barelinin qiyməti 0,59 dollar geriləyərək 47,59 dollar, “Light” markalı neftin bir barelinin qiyməti isə 0,28 dollar ucuzlaşaraq 45,06 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

4
Teqlər:
barel, birja, qiymət, neft
Qərənfil

Rusiyada Dövlət Təsviri İncəsənət Muzeyinin prezidenti vəfat edib

0
İrina Antonova RSFSR və Rusiyanın nüfuzlu sənət mükafatları ilə təltif edilib. Ömrünün böyük hissəsi A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinə bağlı olub

 

BAKI, 1 dekabr — Sputnik. Rusiyanın Əməkdar İncəsənət Xadimi, akademik, A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin Prezidenti İrina Antonova vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, 100 yaşlı görkəmli sənətşünasın vəfat xəbərini, Muzeyin direktoru Marina Loşak yayıb.

İrina Antonova RSFSR və Rusiyanın nüfuzlu sənət mükafatları ilə təltif edilib. Ömrünün böyük hissəsi A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinə bağlı olub. 2013-cü ildə Rusiya Dövlət Muzeylərinin baş kuratoru vəzifəsinə təyin edilib. Elə həmin ildən Puşkin Muzeyinin direktoru vəzifəsindən azad edilib və onun üçün təsis edilən Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin Prezidenti vəzifəsini icra etməyə başlayıb.

Mərhum akademik çox sayda orden, medal və mükafatlarla təltif olunub.

0