Bavər-373 raketi

"S-300"ün alternativi təqdim olundu - VİDEO

44
(Yenilənib 12:33 22.08.2019)
Bir müddət öncə, Müdafiə Nazirliyinin rəsmisi bəyan edib ki, İranın yeni hava hücumundan müdafiə sistemi ölkənin silahlı qüvvələrində istifadə üçün hazırdır

BAKI, 22 avqust — Sputnik. Çərşənbə axşamı keçirilmiş mərasimdə İran Prezidenti Həsən Ruhani yerli istehsal olan "Bavər-373" raketdən müdafiə sistemini təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, raketin təqdimatının videogörüntüləri İran mediası tərəfindən yayımlanıb.

Bir müddət öncə İran Müdafiə Nazirliyinin Müfəttişlik Şöbəsinin rəisi, 2-ci dərəcəli briqada generalı Səyid Şabanian bəyan edib ki, İranın yeni hava hücumundan müdafiə sistemi "Bavər-373" ölkənin silahlı qüvvələrində istifadə üçün hazırdır.

"Bavər-373" Rusiya istehsalı olan "S-300" sisteminin İranda layihələndirilmiş versiyasıdır. Lakin bu sistemin "S-300"lərlə müqayisədə daha üstün olduğu iddia olunur.

"Bavər-373" sistemi 300 km radiusda 65 kilometrədək hündürlükdə uçan hədəfləri vura bilir.

44
Teqlər:
alternativ, İran, S-300
Əlaqədar
İrandan "S-300"ə alternativ - yeni hava hücumundan müdafiə sistemi hazırdır
İran "S-300" sistemini Fars körfəzi sahilindən uzaqlaşdırıb