Ankara

Türkiyə paytaxtını ardıcıl zəlzələlər silkələyir

57
(Yenilənib 00:14 21.08.2019)
Gün ərzində Türkiyənin müxtəlif vilayət və şəhərlərində təxminən 24 fərqli amplitudalı yer titrəmələri qeydə alınıb

BAKI, 21 avqust — Sputnik. Türkiyə paytaxtı Ankarada yerli vaxtla çərşənbə axşamı 22:11-də güclü yeraltı təkanlar qeyd alınıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Habertürk məlumat yayıb.

Qəzetin verdiyi xəbərə görə, avqustun 20-si səhər 05.07-də Ankaranın Mamak rayonunda 3.4 ballıq zəlzələ olub. Kandilli rəsədxanasının məlumatına görə, gün ərzində Türkiyənin müxtəlif vilayət və şəhərlərində təxminən 24 fərqli amplitudalı yer titrəmələri qeydə alınıb. Bunlardan bəziləri eyni ərazilərdə təkrar baş verib.

Axşamçağı Ankaranın Kazan rayonunda hiss edilən zəlzələnin maqnitudası 3.5, dərinliyi 7,06 km olub.

57
Teqlər:
Ankara, Türkiyə, zəlzələ
Rusiya polisi, arxiv şəkli

İş adamlarının qətllərini sifariş verən qubernator saxlanıldı

5
(Yenilənib 13:09 09.07.2020)
Sergey Furqal 2004-2005-ci illərdə Xabarovsk ərazisi və Amur bölgəsində bir sıra sahibkarların qətlini təşkil etməkdə şübhəli bilinərək tutulub.

BAKI, 9 iyul — Sputnik. Rusiyanın Xabarovsk diyarının qubernatoru Sergey Furqala qarşı cinayət işi açılıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

O qeyd edib ki, Sergey Furqal 2004-2005-ci illərdə Xabarovsk ərazisi və Amur bölgəsində bir sıra sahibkarların qətlini təşkil etməkdə şübhəli bilinərək tutulub.

Petrenko qeyd edib ki, iş üzrə cinayətkar qrupun daha dörd fəal üzvü saxlanılıb. Artıq saxlanılan şəxslərə qarşı ittiham irəli sürülüb. Yaxın saatlarda Furqala da ittiham elan olunacaq.

5
Berlin, arxiv şəkli

İstanbuldan sonra Berlin: yenə xaricdə istirahətlə "yandıracaqlar"?

9
(Yenilənib 12:54 09.07.2020)
Bakı-Berlin reysi ilə Almaniyada daimi və ya müvəqqəti yaşamaq hüququ olan sərnişinlər (tələbələr daxil olmaqla), habelə Avropa İttifaqı ölkələrinin vətəndaşları daşınacaqlar.

BAKI, 9 iyul — Sputnik. İyulun 17-dən etibarən Milli aviadaşıyıcı AZAL Bakı-Berlin-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlayacaq. Uçuşlar avqustun 28-dək həftədə bir dəfə - cümə günləri həyata keçiriləcək.

Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin marşrut üzrə aviabilet satışı xüsusi şərtlərə riayət edilməklə həyata keçiriləcək.

Bakı-Berlin reysi ilə Almaniyada daimi və ya müvəqqəti yaşamaq hüququ olan sərnişinlər (tələbələr daxil olmaqla), habelə Avropa İttifaqı ölkələrinin vətəndaşları daşınacaqlar.

Berlin-Bakı reysinə Azərbaycan vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış üçün icazəsi olan digər dövlətlərin vətəndaşları buraxılacaqlar.

Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında əldə etmək olar. ⠀

Xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələr ekonom sinif üzrə aviabilet alışı zamanı 30% həcmində güzəştdən yararlana biləcəklər. Güzəştli aviabiletin rəsmiləşdirilməsi proseduru üzrə videotəlimatla, İstanbul-Bakı reysi ilə eyni qaydada, burada tanış ola bilərsiniz: 

Xatırladırıq ki, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər buraxılacaqlar. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısı aşağıda qeyd olunub:

- Referans laboratoriyası;

- Leyla klinikası;

- Memorial klinikası;

- Bona Dea xəstəxanası;

- İnci laboratoriyası;

- Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM);

- Kaspian Hospital;

- UltraLab.

Uçuşdan 48 saat əvvəl alınmış arayış mövcud olduğu və Almaniyanın tələblərinə uyğun gəldiyi halda və ya sərnişin uçub gəldiyi zaman laboratoriyaya müraciət edərək neqativ test əldə etdiyi təqdirdə ondan ikihəftəlik özünütəcrid rejiminə riayət etmək tələb olunmayacaq.

Almaniyada və Avropa İttifaqının digər üzv ölkələrində olan sərnişinlər COVID-19 virusuna dair testdən həmin ölkələrdə müvafiq qaydada akkreditə olunmuş və sözügedən testi etmək səlahiyyətində olan tibb müəssisələrindən birində keçməlidirlər. Almaniyada mövcud olan belə tibb müəssisələri barədə məlumat bu internet səhifəsindən, digər Aİ ölkələri ilə bağlı müvafiq məlumat isə həmin ölkələrin rəsmi qurumlarının internet səhifələrindən əldə edilə bilər.

Daha əvvəl xəbər verildiyi kimi, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanında, həm də təyyarənin göyərtəsində xüsusi qaydalar tətbiq olunur. "Azərbaycan Hava Yolları" tərəfindən videotəlimat hazırlanmışdır: 

9
Əlaqədar
AZAL İstanbula əlavə xüsusi reys yerinə yetirəcək
İstanbula getmək istəyənlərin nəzərinə - Biletlərin satışı başladı
AZAL sərnişinlərə bilet alışı ilə bağlı müraciət edib
Qəbələdə yağışın yaratdıığı fəsadlar

İstidən bişənlərə müjdə: yağış yağacaq

0
(Yenilənib 13:35 09.07.2020)
Tibbi-meteoroloji proqnoza gəldikdə isə, iyulun 10-da Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda havanın temperaturunun aşağı enməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir

BAKI, 9 iyul — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Bu barədə Sputnik Azərbaycan-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 28-33, Bakıda gecə 23-25, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.

10 iyulda Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi ayrı ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, iyulun 10-da Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda havanın temperaturunun aşağı enməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

0
Teqlər:
leysan, yağış, hava proqnozu, hava