Leopard

Çəhrayı pantera nağıl deyilmiş

208
(Yenilənib 22:38 20.08.2019)
Leopardların eritrizmlə doğulması səbəbləri bəlli deyil. Vəhşi təbiətdə hələlik iki belə rəngə malik panteraya rast gəlinib

BAKI, 20 avqust — Sputnik. Cənubi Afrikanın Taba Tolo təbiət parkında (Thaba Tholo Wilderness Reserve) nadir heyvanlardan hesab olunan çəhrayı leopardı gizli kamera çəkib.

Sputnik Azərbaycan bildirir ki, xəbəri Daily Mail yayıb.

Heyvanın şəkilləri qoruğun sahibi olan 45 yaşlı Alan Uotsona və onun 41 yaşlı xanımı Linsiyə məxsusdur. Kadrlarda eritrizm patologiyalı (dəridə qırmızı, narıncı, yaxud çəhrayı rəngin üstünlük təşkil etdiyi piqmentsiya pozuntusu) yırtıcı ölmüş zürafəni yeyir.

Cütlük bildirib ki, onlar əvvəllər də öz qoruqlarının ərazisində bu qeyri-adi leopardı görüblər. Ancaq ilk dəfədir ki, ağaca bərkitdikləri gizli kamera çəhrayı panteranın şəklini çəkib.

"Bildiyim qədərilə, bu, dünyada çox nadir rast gəlinən leoparddır", - deyən Uotson onun dərisinin rənginin çəhrayıya çaldığını deyib.

Uotsonlar bu panteranın adını Qoldi qoyublar.

Leopardların eritrizmlə doğulması səbəbləri bəlli deyil. Vəhşi təbiətdə hələlik iki belə rəngə malik panteraya rast gəlinib: onlardan biri Qoldidir, Botsvana ilə sərhəddə başqa bir çəhrayı panteranı isə 2012-ci ildə görüblər. 

208