İrandan "S-300"ə alternativ - yeni hava hücumundan müdafiə sistemi hazırdır

© Sputnik / Ulyana SolovyevaC-300
C-300 - Sputnik Azərbaycan
Abunə olmaq
Bu sistemin "S-300"lərlə müqayisədə daha üstün olduğu iddia olunur

BAKI, 20 avqust — Sputnik. İranın yeni hava hücumundan müdafiə sistemi "Bavar-373" ölkənin silahlı qüvvələrində istifadə üçün hazırdır.

Sputnik Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bunu İran Müdafiə Nazirliyinin Müfəttişlik Şöbəsinin rəisi, 2-ci dərəcəli briqada generalı Səyid Şabanian bəyan edib.

İran tankeri - Sputnik Azərbaycan
ABŞ-a məhəl qoyan olmadı, İran tankeri azad edildi – VİDEO

"Bavar-373" Rusiya istehsalı olan "S-300" sisteminin İranda layihələndirilmiş versiyasıdır. Lakin bu sistemin "S-300"lərlə müqayisədə daha üstün olduğu iddia olunur.

"Bavar-373" sistemi 200 km diapazon daxilində 27 kilometrədək hündürlükdə uçan hədəfləri vura bilir.

İran Müdafiə Nazirliyinin rəsmiləri həmçinin qeyd ediblər ki, "Bavar-373" sisteminin yoxlamaları uğurla başa çatıb.

Müdafiə naziri briqada generalı Əmir Hatəmi isə bildirib ki, "Bavar-373" sisteminin təqdimatı avqustun 22-də baş tutacaq.

Xəbər lenti
0