Qrenlandiya

Danimarka Qrenlandiyanı "xoşluqla" satmasa, ABŞ adanı zorla götürəcək

477
(Yenilənib 18:38 19.08.2019)
ABŞ həqiqətən də Qrenlandiyanı tərkibinə qatmaq istəsə Vaşinqtona adadakı separatçıları maliyyə vəsaiti və informasiya dəstəyi ilə təmin etmək, o cümlədən adada "insan hüquqlarının pozulmasını aşkara çıxarmaq" kifayət edəcək

BAKI, 19 avqust — Sputnik. Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp Danimarkanın muxtar ərazisi sayılan Qrenlandiya adasını almaq fikrinə düşüb. Belə ki, Amerika mediasının verdiyi məlumata görə, Tramp bu mövzunu bir neçə dəfə müşavirləri ilə müzakirə edib. 

Dünyanın ən böyük adasının rəsmilərinin isə Trampın yeni həvəsinə cavabı özünü çox gözlətməyib: qrenlandiyalılar satışa yox, biznesə açıq olduqlarını bəyan ediblər.

Sputnik Azərbaycan-ın məlumatına görə, RİA Novosti-nin analitiki İvan Danilov hesab edir ki, Danimarka Qrenlandiyanı xoşluqla ABŞ-a satmasa, Tramp adanı "zorla" ala bilər.

Onun fikrincə, rəsmi Kopenhagen Qrenlandiyanı satmağa razılıq vermədiyinə görə peşman ola bilər. Belə ki, Arktika uğrunda gedən qızğın geosiyasi mübarizəni nəzərə alsaq, Vaşinqtonun ada üzərində idarəni ələ keçirmək üçün başqa vasitələrə əl atacağı ehtimalı var.

"Sadə dillə desək, Danimarka hökumətinin "xoşluqla" satmaq istəmədiyini zorla götürmək" – Danilov qeyd edib.

Onun fikrincə, Vaşinqtonun geostrateji maraqları baxımından adanın Danimarkanın idarəsi altında qalmasına razılıq vermək ABŞ üçün laqeyd bir addım olardı.

Müəllif həmçinin "Financial Times" nəşrinin yaydığı məlumatı da xatırladır: keçən il ABŞ Danimarkaya xəbərdarlıq edərək, Çinin Qrenlandiyada üç hava limanı tikmək marağının olduğunu bildirib; nəticə etibarilə isə Kopenhagen Çini Qrenlandiyaya buraxmamaq üçün hava limanlarının tikintisinə maliyyə ayırmağa məcbur olub.

"Financial Times" məlumatında bildirib ki, Pekin keçən ilin yanvarında Arktikaya dair dərc etdiyi ilk rəsmi sənədində Qrenlandiyaya olan marağını elmi tədqiqatdan kommersiya sahəsinə keçirdiyini bildirilib.

Danilov xatırladır ki, bu ilin mayında ABŞ Dövlət Katibi Mayk Pompeo Finlandiyaya səfəri zamanı Çinin və Rusiyanın Arktikada "aqressiv" hərəkətlərini tənqid edib.

"Amerika üçün vaxt gəlib çatıb ki, özünü arktik qüvvə kimi tanıtsın" - Pompeo deyib.

Müəllifin sözlərinə görə, bu məsələdə vacib bir məqama diqqət yetirmək lazımdır: "Qrenlandiya potensial (və hələ də tam olaraq istismar olunmamış) yeraltı sərvətlərinə, balıq resurslarına və əhəmiyyətli strateji mövqeyinə baxmayaraq, Danimarka krallığının dotasiya alan bir hissəsidir. Qrenlandiya büdcəsinin təxminən 50 faizi Danimarkanın dövlət xəzinəsindən ödənilən dotasiyaların payına düşür və "The New York Times" nəşrinin hesablamalarına görə, bu dotasiyalar ildə 740 milyon dollar (yəni hər sakin üçün təxminən 13 min dollar) təşkil edir".

Danilov qeyd edir ki, adada həmçinin Danimarkadan ayrılmağı dəstəkləyən hərəkat mövcuddur və Kopenhagen mütəmadi olaraq müstəmləkəçilikdə və adaya gələn xarici sərmayələrin qarşısını almaqda günahlandırılır.

Müəllifin sözlərinə görə, rəsmi Pekin Qrenlandiyanın Danimarkadan ayrılacağı təqdirdə adanın əhalisini xoşbəxt və gəlirli həyat ilə təmin edəcək xarici himayədar sayılır. Lakin Trampın adanı almaq marağının yaranması ilə Qrenlandiya separatistlərinin əlinə güclü təbliğat aləti düşür: 

"Onlar (separatçılar – red.) artıq deyə biləcəklər ki, Kopenhagen onları ABŞ-ın 52-ci ştatının vətəndaşları kimi gözəl gələcəkdən məhrum edir və bu cür təbliğat Çinin təklif edəcəyi hər hansı digər bir alternativdən daha cəlbedicidir".

Tanınmış danimarkalı ekspertlər düşünürlər ki, Trampın təklifindən sonra Qrenlandiyanın maliyyə perspektivlərinin yaxşılaşması fonunda separatçı diskussiyalar kəskinləşəcək.

Danilovun fikrincə, ABŞ həqiqətən də Qrenlandiyanı tərkibinə qatmaq istəsə Vaşinqtona adadakı separatçıları maliyyə vəsaiti və informasiya dəstəyi ilə təmin etmək, o cümlədən adada "insan hüquqlarının pozulmasını aşkara çıxarmaq" kifayət edəcək.

477
COVİD-19-da ölən şəxs, arxiv şəkli

Bizimkilər qərar verərkən bu rəqəmlərə mütləq baxırlar

5
(Yenilənib 12:40 08.08.2020)
Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 875 378 yoluxma qeydə alınıb

BAKI, 8 avqust — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 19 379 517 milyonu keçib. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 721 375 nəfər vəfat edib, 11 740 071 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 4 milyon 941 min 796 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 875 378 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

5
Teqlər:
Koronavirus, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Yoluxmanın artmasından ən çox həkimlər yorulublar
Azərbaycanda koronavirusa yoluxma sayı 129-a düşüb
O gün yetişir! Rusiyada ilk koronavirus peyvəndi qeydiyyatdan keçəcək
Vəssalam! Koronavirusun dərmanına patent aldılar
COVID-19-dan ölüm riskini artıran gözlənilməz amil açıqlanıb
Tamer Karadağlı, arxiv şəkli

“Çocuklar duymasın”ın Haluku: “Azərbaycan üçün könüllü əsgərliyə gedərdim

352
"Bir millət, iki dövlətik. Əgər elə düşünürüksə, onun üçün gərəkli olanları da yerinə yetirməliyik" - Tamer Karadağlı

BAKI, 8 avqust — Sputnik. Azərbaycan əsilli məşhur türkiyəli aktyor Tamer Karadağlı maraqlı açıqlamalar verib. Karadağlı “Jülide Ateşle 40” verilişində qonaq olarkən Azərbaycanla bağlı maraqlı sualları da cavablandırıb.

“Azərbaycan mədəniyyəti üçün darıxırsınızmı?” sualına məşhur aktyor belə cavab verib:

“Xeyr, darıxmıram, çünki o mədəniyyəti yaşayıram. Bütün ailəmiz o mədəniyyəti yaşayırdı. Evimizdə həmişə Azərbaycan yeməkləri hazırlanırdı, xalalarım, əmilərim Azərbaycandaymış kimi danışırdılar. Hər nə qədər Azərbaycan əsilli olsam da, ilk dəfə iki il əvvəl getdim oraya və yeməkləri, insanları, danışıqları o qədər yaxın gəlmişdi ki mənə, izah edə bilmirəm”.

Aparıcının “Azərbaycan üçün könüllü əsgərliyə gedərsinizmi?” sualına cavab isə daha maraqlı olub: “Məni bu yaşdan sonra almazlar, amma əgər ehtiyac olsa, çağırsalar, niyə də olmasın? Bir millət, iki dövlətik. Əgər elə düşünürüksə, onun üçün gərəkli olanları da yerinə yetirməliyik”.

Qeyd edək ki, 53 yaşlı aktyor “Bir tutam baharat”, “Memlekette Demokrasi Var”,  “Şans Kapıyı Kırınca”, “Pamuk prens” və s. filmlərində rol alıb. Serial sahəsində daha çox tanınan Karadağlı Türkiyənin ən məşhur “Acayib hikayeler”,  “Doktorlar”, ”Fedai”, “Ah kalbim” və s. seriallarına çəkilib. Azərbaycan tamaşaçısı isə onu “Çocuklar duymasın”dakı Haluk obrazı ilə sevib.

352
Əlaqədar
Hollivud ulduzu Kemeron Diaz kinodan niyə getdiyini açıqlayıb
Gənc heykəltaraş bu dəfə polkovnikin xatirəsini əbədiləşdirib
Məşhur aktyor gizli şəkildə üçüncü dəfə evləndi
"Apple" və Di Kaprio: Hollivudda birgə filmlər çəkiləcək
Hələ ki açıq-saçıq səhnələr təklif etməyiblər: azərbaycanlı qız Moskvanı necə fəth edəcək?
Avtostop

"Piyada" istirahət - sabahın havasından xəbərdar olun

0
(Yenilənib 13:15 08.08.2020)
Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq

BAKI, 8 avqust — Sputnik. Azərbaycanda avqustun 9-da gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə,  Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir, ümlayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 29-34, Bakıda gecə 23-25, gündüz 31-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz  20-25 dərəcə isti olacaq.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə şənbə və bazar günləri karantin rejimi tətbiq olunan ərazilərdə ictimai nəqliyyat işləməyəcək.

0
Teqlər:
hava proqnozu