Qiyamçılar neftin qiymətini qaldırdılar - Səudiyyə Ərəbistanına hücum etməklə

© Sputnik / Vitaly Timkiv / Mediabanka keçidNeft buruğu
Neft buruğu - Sputnik Azərbaycan
Abunə olmaq
Yəmənin şimalını idarə edən qiyamçılar dronlardan istifadə edərək Səudiyyə Ərəbistanının şərqində yerləşən Şeyba neftayırma zavodunu və neft yataqlarını vurublar

BAKI, 19 avqust — Sputnik. Husilərin keçən şənbə günü Səudiyyə Ərəbistanının neft yataqlarına dronlarla zərbələr endirmələrindən sonra bu ölkədə xam neft hasilatının təhlükəsizliyinə dair narahatlıq yaranıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu öz növbəsində neft qiymətlərinin artmasına səbəb olub.

Neft emalı zavodu - Sputnik Azərbaycan
CƏMİYYƏT
Neft emalı zavodunda problem yaranıb, ətrafı tüstü bürüyüb

Belə ki, bu səhər "Brent" markalı neftin oktyabr ayı üçün olan qiyməti 1,09 faiz artaraq bir barelə görə 59,28 dollar səviyyəsinə qalxıb. "WTI" neftinin sentyabr üçün olan qiyməti isə 0,97 faiz artaraq bir barelə görə 55,34 dollar səviyyəsində qərarlaşıb.

Keçən şənbə günü Yəmənin şimalını idarə edən husi qiyamçılar on drondan istifadə edərək Səudiyyə Ərəbistanının şərqində yerləşən Şeyba neftayırma zavodunu və neft yataqlarını vurduqlarını bəyan ediblər.

Məlumatlara görə, bu hücum 2015-ci ildə Yəmən münaqişəsinin başlamasından bəri husilərin Səudiyyə Ərəbistanı ərazisində həyata keçirdikləri ən böyük əməliyyatları olub.

Krallığın Energetika, Sənaye və Mineral Resurslar naziri Xalid Əl-Falih isə bəyan edib ki, "Saudi Aramco" neft şirkətinin obyektlərinə qarşı həyata keçirilmiş hücum nəticəsində qaz zavodunda yanğın baş verib.

Xəbər lenti
0