Rusiya yeni raketini sınaqdan keçirib

Amerikalılar rusların "Ölü əl"ini istəyirlər

54
(Yenilənib 00:28 18.08.2019)
ABŞ-ın rəqibləri gələcək geostrateji quruluşun özləri təxmin elədikləri variantını inkişaf etdirirlər, bu isə yolverilməzdir

BAKI, 18 avqust — Sputnik. ABŞ-a kütləvi nüvə hücumunun dəf edilməsi üçün Sovet-Rusiya istehsalı olan "Perimetr" avtomatik idarəetmə kompleksinin analoqu lazımdır.

Sputnik Azərbaycan bildirir ki, qərbdə "Dead Hand" - "Ölü əl" adlandırılan "Perimetr" kompleksinin xüsusiyyətləri haqda  War on the Rocks nəşrində amerikalı hərbi mütəxəssislər Adam Louter və Kertis MakGiffin yazıblar.

Bu cür sistemin vacibliyini mütəxəssislər potensial düşmənlərin hipersəs sürətinə malik silahlar, qanadlı raketlər əldə etməsi, süni intellekti tətbiq etməyə başlaması və bunun müqabilində Amerika rəhbərliyinin cavab zərbəsi endirmək üçün qərar qəbul etməkdə vaxtının daralması ilə izah ediblər.

Amerika tərəfi üçün təhlükəli silahlar arasında Louterlə MakGiffin "Kalibr-M" və X-102 qanadlı raketlərini, sualtı pilotsuz nüvə başlıqlı "Poseydon"u və "Avanqard" kompleksini göstəriblər. Mütəxəssislər əmindirlər ki, əgər Rusiya ABŞ-a qarşı bu cür silahlardan istifadə etsə, o zaman okeanın o tayındakılar alınan məlumatları emal etməyə vaxt tapmayaraq cavab zərbəsi endirmək üçün qərar verə bilməyəcəklər.

Bundan çıxış yolu kimi, ABŞ-da Rusiyanın "Perimetr" kompleksinin analoqunu yaratmaq göstərilir. "Perimetr" daxil olan təhlükəyə müvafiq olaraq cavab zərbəsi endirmək üçün  özü müstəqil qərar qəbul edir. Bunun üçün müəlliflər təklif edirlər ki, qitələrarası ballistik raketlərin buraxılması üçün ölkə ərəzində mobil komplekslər yaradılmalı, müşahidə və kəşfiyyat işləri gücləndirilməlidir ki, ABŞ nüvə zərbəsini birinci endirə bilsin. Yaxud da başqa variant kimi, nüvə raketlərinin ölkənin mövqelərinə uçuşunu qısaltmaq olar, məsələn, düşmənin sərhədləri yaxınlığında orta mənzilli raketlər yerləşdirməklə.

Rus raketlərinin NATO-ya zərər verəcəyinə dair sübut yoxdur – Ərdoğan>>

Ekspertlər həmçinin süni intellektdən istifadə etməyin mümkün olduğunu da deyirlər, amma bir qədər ehtiyatla: çünki onların fikrincə, nəhayətdə insan süni inteellektə nəzarəti itirə bilər.

Müəlliflər əmindirlər ki, ABŞ-ın rəqibləri (mətndə Rusiya və Çinin adı çəkilir) nüvə silahları barədə cari razılaşmaların qorunub-saxlanmasında maraqlı deyillər və gələcək geostrateji quruluşun özləri təxmin elədikləri variantını inkişaf etdirirlər, bu isə yolverilməzdir. 

54
Teqlər:
daşıyıcı raket, raket hücumu, qanadlı raket, nüvə silahı, Rusiya, ABŞ
Sürət qatarı İstanbulda Pendik dəmiryolu vağzalına yaxınlaşır, arxiv şəkli

Türkiyədə daha bir məhdudiyyət aradan qaldırıldı

10
(Yenilənib 11:52 28.05.2020)
Koronavirus pandemiyasına görə yaranmış fasilədən sonra qatarla sərnişindaşımada bu gün ilk səfər Ankara ilə İstanbul arasında həyata keçirilib

BAKI, 28 may — Sputnik. Türkiyədə koronavirus pandemiyasına görə ölkə daxilində sərnişin daşımalarına qoyulan məhdudiyyət aradan qaldırıldı.

"Report" xəbər verir ki, bu barədə məlumatı Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib.

Onun sözlərinə görə, koronavirus pandemiyasına görə yaranmış fasilədən sonra qatarla sərnişindaşımada bu gün ilk səfər Ankara ilə İstanbul arasında həyata keçirilib: "Bu gündən etibarən gündə bir dəfə Ankara-İstanbul, Ankara-Eskişehir, Ankara-Konya və Konya-İstanbul xətlərində sərnişindaşıma həyata keçiriləcək".

Türkiyə rəsmisi bəyan edib ki, koronavirus pandemiyasına görə ehtiyat tədbirlərinin həyata keçirilməsi sosial-iqtisadi həyata dərindən təsir edib: "Bununla yanaşı, qatarlarda dezinfeksiya işləri və digər lazımi tədbirlər həyata keçirilir".

Xatırladaq ki, Türkiyədə pandemiya qurbanlarının sayı 4 430 nəfəri, ölənlərin sayı isə 34 nəfəri ötüb.

10
Cənubi Koreyada epidemioloji vəziyyət

COVİD-19-la bağlı son rəqəmlər açıqlandı - Ölənlərin sayı

5
(Yenilənib 11:33 28.05.2020)
Ümumilikdə bu virusa yoluxanların sayı 5,7 milyon olub. COVİD-19-dan sağalanların sayı isə 2,29 milyona çatıb.

BAKI, 28 may — Sputnik. COVİD-19 virusu ümumilikdə dünyada 354 min 892 nəfərin ölümünə səbəb olub. Sputnik Azərbaycan-ın “Reuters”ə istinadən xəbərinə görə, bu virusa yoluxanların sayı isə 5,7 milyondur. COVİD-19-dan sağalanların sayı isə 2,29 milyon olub.

Qeyd edək ki, ötən ilin dekabrdında ilk dəfə olaraq Çinin Uhan şəhərində meydana çıxan COVİD-19-un əsas episentri hazırda ABŞ hesab olunur. Belə ki, bu günə olan məlumata görə, ABŞ-da virusa yoluxanların sayı 1 milyon 706 min 230, ölənlərin sayı isə 100 min 327 nəfər olub.

 

5
Baş Prokurorluq

Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı

0
Məmmədov müdafiəçinin iştirakı ilə dindirilərkən şəxsi münasibətlər zəminində aralarında baş vermis mübahisə zamanı törətdiyi cinayəti etiraf edib.

BAKI, 28 may - Sputnik. Gəncə şəhər prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində mayın 26-da şəhər sakini Asim Yusubovu qəsdən öldürməkdə şübhəli bilinən tanışı, əvvəllər məhkum olunmuş, 1960-cı il təvəllüdlü İlham Məmmədov tutularaq istintaqa cəlb olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, İ.Məmmədov müdafiəçinin iştirakı ilə dindirilərkən şəxsi münasibətlər zəminində aralarında baş vermis mübahisə zamanı törətdiyi cinayəti etiraf edib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, mayın 26-da saat 08 radələrində Gəncə şəhər sakini, 1959-cu il təvəllüdlü Asim Yusubov yaşadığı Gəncə şəhəri, Təbriz küçəsi, 48 saylı ünvanda üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlərlə meyiti aşkar olunub və faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

0