Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Şəhər sakini küçədə üzdü - VİDEO

© pixabay / Free-PhotosLeysan
Leysan - Sputnik Azərbaycan
Abunə olmaq
Meteoroloqlar dünəndən bəri havanın pisləşəcəyi, dənizdə qasırğa olacağı, çaylarda suyun səviyyəsinin qəfil qalxacağı barədə xəbərdarlıq ediblər

BAKI, 17 avqust — Sputnik. Şənbə günü səhərdən Soçiyə yağan yağışlar səbəbindən şəhər küçələrini su basıb.

Sputnik Azərbaycan xəbər verir ki, suyun səviyyəsi o qədər qalxıb ki, insanlar üçün bir küçədən digərinə adlamaq əməlli-başlı problem olub.

Şəhər sakinlərindən birinin paylaşdığı videoda görünür ki, hətta avtomobillər də küçələrdə "üzür".

Bəzi sakinlər isə havanın şıltaqlığına yumorla yanaşaraq öz keflərindən qalmayıblar. Onlardan biri çay qoluna dönən küçədə çimmək qərarına gəlib. Hətta yanından keçən mikroavtobusu da eyninə almayıb.

Meteoroloqlar dünəndən bəri havanın pisləşəcəyi, dənizdə qasırğa olacağı, çaylarda suyun səviyyəsinin qəfil qalxacağı barədə xəbərdarlıq ediblər. Yerli qəza xidmətləri fövqəladə halların aradan qaldırılması üçün səylərini ikiqat artırıblar.

Xəbər lenti
0