Qandal, arxiv şəkli

İndi Sarqsyanı həbs edəcəklər Kürəkəni danışdı

46
(Yenilənib 17:32 17.08.2019)
Sarqsyan hadisələrin istənilən inkişafına hazırdır

BAKI, 17 avqust — Sputnik. Ermənistanın üçüncü prezidenti Serj Sarqsyan da həbs oluna bilər: hazırkı hökumətin fəaliyyətinin məntiqi belədir. Sputnik Ermənistan xəbər verir ki, bunu "News.am"a müsahibəsində Ermənistanın Vatikandakı sabiq səfiri, sabiq prezidentin kürəkəni Mikael Minasyan bildirib.

Minasyan qeyd edib ki, Sarqsyanın birmənalı olaraq həbs olunacağını düşünür: "İndiki hakimiyyətin bütün fəaliyyət məntiqi belədir – ittiham etmək və həbs etmək. Bu gün dövlət resurslarının əhəmiyyətli hissəsi ittihamlara və həbslərə gedir. Lakin problem bundadır ki, bu artıq işləmir".

Onun sözlərinə görə, ictimaiyyətin həbslərə olan coşqun reaksiyası aşağı düşməyə başlayıb, cəmiyyətin əhval-ruhiyyəsi artıq dəyişmir: "Hakimiyyətin çoxdan ehtiyatda saxlanılan, planlaşdırılan "qızıl ehtiyatı" var: Serj Sarqsyanın həbs olunması. Sadə hesablamalar göstərir ki, ictimaiyyəti real problemlərdən müəyyən qədər yayındırmaq üçün yaxın vaxtlarda Serj Sarqsyan həbs olunacaq".

Minasyan qeyd edib ki, Serj Sarqsyan hadisələrin istənilən inkişafına hazırdır.

Qeyd edək ki, ötən il aprelin 23-də Ermənistanın baş naziri Serj Sarqsyan çoxgünlük etiraz aksiyalarından sonra istefa verib. Ötən ilin dekabrın 9-da Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib. Növbədənkənar parlament seçkilərində baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın "Mənim addımım" bloku 70,43% (884456) nəticə ilə qalib gəlib.

İkinci yeri Çiçəklənən Ermənistan Partiyası tutub - 8,27% (103824). Partiya lideri Qagik Sarukyan dəfələrlə Paşinyanı dəstəkləyib. Paşinyanın İşıqlı Ermənistan Partiyasının timsalında tapdığı müttəfiqi 6,37% (80024) səslə üçüncü yerdədir. Digər siyasi qüvvələr Ermənistan Milli Məclisində təmsil olunmaq üçün zəruri baryeri keçə bilməyiblər.

Bu ilin yanvar ayının 14-də isə Ermənistan prezidenti Armen Sarkisyan Nikol Paşinyanın ölkənin baş naziri təyin olunması haqqında sərəncam imzalayıb.

46
Teqlər:
həbs, Serj Sarqsyan, Ermənistan
Əlaqədar
Yeddinci cəhd və ya Koçaryanın şikayətinə niyə baxılmır
Mnatsakanyan özünü beynəlxalq birlik qarşısında pis vəziyyətə saldı - Azərbaycan XİN
Gözdən pərdə asmaq cəhdinə qarşı məktub
Nikol Paşinyanın ətrafında zəlzələ xarakterli olaylar baş verir
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Tramp: “Regionda yaxşı münasibətlərimiz var, baxacağıq”

20
Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi intensiv atəşə tutub

BAKI, 28 sentyabr - Sputnik. ABŞ Dağlıq Qarabağdakı vəziyyəti diqqətlə izləyir. Baxacağıq görək, zorakılığı dayandıra biləcəyikmi.

Sputnik Azərbaycan bildirir ki, bunu bazar ertəsi jurnalistlərə ABŞ Prezidenti Donald Tramp deyib.

“Biz bunu çox diqqətlə izləyirik. Bizim həmin regionda yaxşı münasibətlərimiz var. Baxacağıq görək, onu (gərginliyi) azalda bilirikmi”, - Tramp bildirib.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Co Bayden, arxiv şəkli
© REUTERS / Kevin Lamarque / File Photo

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə açıqlamasında qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib. A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.

20
Teqlər:
Donald Tramp, Ermənistan, Azərbaycan, cəbhə, erməni təxribatı, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Azərbaycan XİN: Ermənistan rəsmisinin irqçi və şovinist açıqlamasını pisləməyə çağırırıq
Azərbaycanın mülki əhalisi hədəfdə: Ermənistan ordusunun atdığı mərmi Ağdamda evi dağıtdı
Vaşinqtondan Ceyhun Bayramova zəng: Qarabağda son vəziyyəti soruşdular
Cənub qonşumuz bölgədə gərginliyin artmasından narahat oldu
Azərbaycan MN Ermənistanın itkilərini açıqladı: 550 nəfərdən çoxdur
Co Bayden, arxiv şəkli

Co Bayden Qarabağdan danışıb Rusiyaya eyham vurdu

28
Bayden deyib ki, Vaşinqton da öz yardım proqramlarını gözdən keçirməlidir ki, heç bir silahlanmanın hücum niyyətilə istifadə olunmayacağına zəmanət ala bilsin

BAKI, 28 sentyabr - Sputnik. Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Co Bayden Dağlıq Qarabağdakı vəziyyətlə bağlı narahatlığını bildirərək atəşi dayandırmağa çağırıb.

“Dağlıq Qarabağda zorakılığın alovlanması məni dərindən narahat edir və təcili deeskalasiyaya, atəşkəsin bərpasına, Ermənistanla Azərbaycan arasında danışıqların yenilənməsinə çağırıram”, - siyasətçinin qərargahının bazar ertəsi yaydığı məlumatda deyilir.  

Onun fikrincə, ABŞ təmas xəttində müşahidəçilərin artırılmasında israr etməli, “Rusiyanı hər iki tərəfə silah tədarük etməkdən çəkindirməlidir”. Bundan başqa, Bayden deyib ki, Vaşinqton da öz yardım proqramlarını gözdən keçirməlidir ki, heç bir silahlanmanın hücum niyyətilə istifadə olunmayacağına zəmanət ala bilsin.

“Dağlıq Qarabağda zorkılığın artması daha iri regional münaqişəyə çevrilə bilər, ona görə regiondakı üçüncü tərəflər münaqişədən aralı durmalı, Minsk qrupunun vasitəçiləri isə dərhal deeskalasiyaya və danışıqların yenilənməsinə nail olmalıdırlar”, - Bayden deyib.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə açıqlamasında qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib. A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.

28
Teqlər:
ABŞ, Co Bayden, Azərbaycan, Ermənistan, cəbhə, erməni təxribatı, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
İtaliya parlamentariləri Ermənistanın təxribatını pislədilər
Cənub qonşumuz bölgədə gərginliyin artmasından narahat oldu
Azərbaycan MN Ermənistanın itkilərini açıqladı: 550 nəfərdən çoxdur
Ermənistan ordusunun daha bir neçə hərbi texnikası məhv edilib - VİDEO
Vaşinqtondan Ceyhun Bayramova zəng: Qarabağda son vəziyyəti soruşdular