Hakim çəkici, arxiv şəkli

İran "gözəl"i ara vurur - ABŞ Böyük Britaniyanın ayağını tapdaladı

104
(Yenilənib 11:21 17.08.2019)
Bölgə rəsmilərinin İran tankerinə qoyulan qadağanı ləğv etdiyi bildirilib

BAKI, 17 avqust — Sputnik. ABŞ məhkəməsi daha əvvəl Cəbbəlüttariqin buraxdığı İrana məxsus "Grace 1" tankerinin saxlanılması barədə order çıxarıb. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Kolumbiya dairəsinin məhkəməsinin qərarına əsasən, "Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər (IEEPA), Bank fırıldaqçılığı və pulların yuyulması, həmçinin terrorizmlə bağlı fəaliyyətə görə müsadirə haqqında" ABŞ qanunlarına əsasən, gəminin göyərtəsində olan bütün neft və 995 min dollar müsadirə olunmalıdır.

"Mammad Amin Rasulzade" tankeri necə vuruldu - TƏFƏRRÜAT>>

Xatırladaq ki, avqustun 15-də Britaniyanın hakimiyyəti altında idarə edilən bu bölgənin məhkəməsi İranın "Grace 1" super neft tankerinin sərbəst buraxılması haqqında qərar verib.

Məhkəmə qərarı açıqlandıqdan bir neçə saat əvvəl ABŞ Ədliyyə Nazirliyinin həmin neft tankerini təhvil almaq istədiyi deyilib. Lakin "Cəbəlüttariq kronikal" qəzeti məhkəməyə ABŞ Ədliyyə Nazirliyindən heç bir müraciət daxil olmadığını qeyd edib.

Məhkəmə bölgə rəsmilərinin İran tankerinə qoyulan qadağanı ləğv etdiyini bildirib, ancaq səbəbini açıqlamaqdan imtina edib.

"Cəbəluttariq kronikal" qəzetinin yazdığına görə, Cəbəlüttariq hökuməti iki milyon ton neft daşıyan gəminin istiqamətinin Suriya olmayacağı ilə bağlı İrandan təminat alıb.

Reuters xəbər agentliyi bildirir ki, Cəbəlüttariq yerli hökumətinin başçısı Fabian Pikardo gəminin saxlanılması qərarını ləğv edərək üzməsinə icazə verib.

Qeyd edək ki, İranın "Grace 1" super neft tankeri iyulun 4-də Cəbbəlüttariq muxtar hökuməti tərəfindən və Britaniyanın dəniz qüvvələri ilə əməkdaşlıq çərçivəsində Suriyaya neft daşıması ittihamı ilə saxlanılmışdı.

Cəbəlüttariq rəsmilərinin bildirdiyinə görə, gəminin saxlanılması Avropa Birliyininin Suriyaya qarşı sanksiyalarını pozması ilə əlaqədar olub.

104
Teqlər:
məhkəmə, Böyük Britaniya, ABŞ, İran, tanker
Əlaqədar
İran Britaniya hərbi gəmisinə xəbərdarlıq edilməsi anının videosunu yayıb
Böyük Britaniya Fars körfəzinə daha bir hərbi gəmi göndərdi
"Tanker müharibəsi": London ABŞ və NATO-dan gözlədiyini ala bilmədi
Asılılıqdan qurtulmağa yardım eden çip

Çip söhbəti reallığa çevrilir: Beynimizə mikroçip yerləşdirəcəklər

17
(Yenilənib 20:15 11.07.2020)
Yaradılmış çip insan beyni və kompüter arasında birbaşa əlaqə yaratmaq məqsədi daşıyır. Bu icadın ilkin hədəfi Alzheimer ve Parkinson kimi xəstəlikləri müalicə etməkdir

BAKI, 11 iyul — Sputnik. "Neuralink" neyrotexnologiya şirkətinin rəhbəri Elon Musk mikroçip ilə beynin idarə edilməsini həyata keçirən texnologiya haqqında yeni məlumatlar paylaşacaq.

Sputnik Azərbaycan "TRThaber"ə istinadla xəbər verir ki, Elon Musk gələn ay kompüteri birbaşa beyinə bağlayan "Neuralink" implant cihazlarının inkişafı ilə bağlı açıqlama verəcəyini deyib.

Qeyd edək ki, Musk bundan öncə "Neuralink" tərəfindən istehsal edilən beyin mikroçipinin meymunlar üzərində sınaqdan keçirildiyini, meymunun zehni ilə birbaşa kompüteri idarə etdiyini söyləmişdi. Musk bunun insanlar üzərində sınaqlarına 2020-ci ilin sonunda başlayacaqlarını açıqlamışdı.

Yaradılmış çip insan beyni və kompüter arasında birbaşa əlaqə yaratmaq məqsədi daşıyır. Bu icadın ilkin hədəfi Alzheimer ve Parkinson kimi xəstəlikləri müalicə etməkdir. Amma uzun müddətli hədəflərin nə olacağını birlikdə görəcəyik.

İnsanlarda istifadə edilməsi planlaşdırılan layihəyə görə, mikroçip qulağın arxasına yerləşdirilir və 4 kiçik elektroda birləşdirilir.

17
Koronavirus

Koronavirusu neytrallaşdıran 28 anticisim aşkar edilib

20
(Yenilənib 18:29 11.07.2020)
Tədqiqatçılar tərəfindən aşkar edilmiş anticisimlər patogenin proteininə birləşir və virusun sağlam hüceyrələrə daxil olmasına mane olur.

BAKI, 11 iyul — Sputnik. Köln Universitet Klinikasından və Almaniyanın İnfeksiya Tədqiqatları Mərkəzindən olan bir qrup alim koronavirusu neytrallaşdırmaq ehtimalı yüksək olan 28 anticismi aşkar ediblər.

Bu barədə Sputnik Azərbaycan Almaniyanın İnfeksiya Tədqiqatları Mərkəzinə istinadən xəbər verir.

"Biz orqanizmin infeksiyaya qarşı immun cavabını daha ətraflı öyrənməyi və bununla yanaşı COVID-19-un müalicəsində istifadə oluna biləcək anticisimləri tapmağı planlaşdırırdıq", - layihənin rəhbəri Florian Klayn bildirib.

Mütəxəssisin sözlərinə görə, tədqiqatçılar tərəfindən aşkar edilmiş anticisimlər patogenin proteininə birləşir və virusun sağlam hüceyrələrə daxil olmasına mane olur.

Alimlər anticisimlərin xüsusiyyətlərini "Boehringer Ingelheim" əczaçılıq şirkəti ilə birlikdə öyrənməyə davam edirlər. Klinik tədqiqatların bu il başlaya biləcəyi ehtimal olunur. Mütəxəssislər inanırlar ki, virusu neytrallaşdıran anticisimlər bir neçə həftə fəal olur və bu dövrdə insanı xəstəlikdən qoruya bilər.

20
Mövzu:
Dünyanı cənginə almış bəla
 Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları

Fermerlərə ayrılan subsidiyaları mənimsəyənlər həbs edildi VİDEO

3
Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətləri əməliyyatla bağlı birgə məlumat yayıblar.

BAKI, 11 iyul – Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmanından irəli gələrək cari ilin əvvəlindən fermerlərə dövlət yardımlarının vahid mexanizm vasitəsilə çatdırılması prosesinə başlanılıb. 

Lakin həmin vəsaitlərin təyinatı üzrə istifadə olunmaması və bir qrup mütəşəkkil cinayətkar dəstə halında birləşən şəxslər tərəfindən mənimsənilməsində əsaslı şübhələr olduğundan bu istiqamətdə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşları, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin iştirakı ilə birgə xüsusi əməliyyat tədbirləri keçiriblər.

Sputnik Azərbaycan xəbər verir ki, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətləri bununla bağlı birgə məlumat yayıblar.

Məlumata əsasən, kənd təsərrüfatına dövlət dəstəyindən sui-istifadə edərək bu sahəyə ayrılmış vəsaitləri saxta sənədlərə əsaslanan maliyyə əməliyyatları ilə nağdlaşdıraraq ələ keçirən mütəşəkkil dəstəyə daxil olan 30-a yaxın şəxsin dairəsi müəyyənləşdirilib. Həmin şəxslər ətrafında kompleks əməliyyat tədbirləri hazırlanaraq həyata keçirilib, onların cinayət əməlləri qeydə alınaraq zəruri sübutlar toplanılıb. Cinayətkar dəstəyə rəhbərlik edən Quba rayon sakini Elnur Haxtari və İmişli rayon sakini Hümmət Həsənov, eləcə də əlaqədar şirkətlərin vəzifəli şəxsləri də daxil olmaqla ümumilikdə 12 nəfər əməliyyat nəticəsində saxlanılaraq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriliblər.

Araşdırma zamanı müəyyən olub ki, həmin şəxslər əvvəlcə Quba, Xaçmaz, İmişli, Şəmkir və sair rayonlarda fəaliyyət göstərən fermerlərə məxsus subsidiya vəsaitlərinin köçürüldüyü kartları qanunsuz olaraq öz əllərində cəmləşdiriblər. Daha sonra dəstə üzvləri onlara yaxın olan adamların adlarına formal hüquqi şəxslər yaradaraq müxtəlif əmtəəsiz maliyyə əməliyyatları aparmaqla vəsaitləri nağdlaşdıraraq mənimsəyiblər.

İlkin araşdırmalarla, həmçinin o da müəyyən olunub ki, dəstə üzvləri tərəfindən yaradılan “High Agro”, “Rövşənoğlu Agro” MMC-lər və digər 6 fiziki şəxs vasitəsilə cari ilin 3 ayı ərzində Respublikanın ayrı-ayrı bölgəsindən 2000-dən artıq fermerə məxsus subsidiya kartları toplanılıb. Daha sonra kartlardakı  pul vəsaitləri saxta sənədlər əsasında formal şəxslərin adlarına yaradılmış şirkətlərin bank hesablarına köçürülüb və 25-40% ödəniş müqabilində nağdlaşdırılıb. Bu qanunsuz maliyyə əməliyyatları nəticəsində ümumilikdə 5 000 000 manata yaxın subsidiya üçün ayrılmış maddi vəsait təyinat üzrə istifadədən yayındırılaraq dəstə üzvləri tərəfindən mənimsənilib.

Əməliyyat zamanı dəstə başçılarının istifadə etdikləri ofislərə, avtomaşınlara və qeyri-yaşayış sahələrinə baxış zamanı çoxsaylı fermer kartları, külli miqdarda nağd pul, kartlardan vəsaitlərin yerində silinməsi üçün istifadə edilən mini POS-terminallar, elektron məlumat daşıyıcıları, kart sahibi olan fermerlərin siyahıları və sair maddi sübutlar aşkar olunaraq götürülüb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstə üzvləri barəsində Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İş üzrə müvafiq istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, dövlət tərəfindən kənd təsərrüfatı sahəsinin daha da inkişafı üçün fermerlərin kart hesablarına köçürülən subsidiyaların nağdlaşdırılması və başqa təyinatlar üzrə istifadəsi qadağan olunub. Həmin vəsaitdən kənd təsərrüfatı ilə məşğul olan şəxslər yalnız nağdsız ödəmələr etməklə gübrə, toxum və aqrar sektorda istifadə olunan sair məhsullar əldə edə bilərlər.

 

3