Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Pentaqon Rusiyanın nüfuzunun artmasından qorxuya düşüb - Afrikada

© AP Photo / Charles DharapakЗдание Пентагона в Вашингтоне
Здание Пентагона в Вашингтоне - Sputnik Azərbaycan
Abunə olmaq
Generallar konqresmenlərə Rusiya və Çini qitənin liman, baza və hava məkanlarına tam şəkildə giriş əldə etmək imkanından məhrum etmək üçün Afrika ilə əməkdaşlığı genişləndirməyi məsləhət görüb

BAKI, 16 avqust — Sputnik. Rusiya və Çin bütün Afrika qitəsində öz təsirini genişləndirir. Sputnik Azərbaycan "The Intercept" nəşrinə istinadən xəbər verir ki, bu barədə Pentaqon nümayəndələri ABŞ Konqresində çıxışları zamanı xəbərdarlıq edib.

Birləşmiş Ştatların Silahlı Qüvvələrinin Afrika Komandanlığının hazırkı və sabiq rəhbərləri Stiven Taunsend və Tomas Valdhauzer çıxışları zamanı konqresmenlərə bildiriblər ki, Moskva və Pekin Afrikanın ən azı 10 ölkəsi ilə aktiv şəkildə iqtisadi, diplomatik və mədəni əlaqələri genişləndirir. Onlar bildiriblər ki, hər iki ölkə Afrika ölkələri ilə ticarət dövriyyəsini əhəmiyyətli şəkildə artırır, atom energetikası və neft-qaz sektorunda layihələr həyata keçirir, həmçinin silah ticarətini genişləndirir.

Onlar xüsusilə konqresmenlərin diqqətini Rusiyanın özəl hərbi şirkətlərinin 15 Afrika ölkəsində aktivliyinə yönəldib.

Generallar konqresmenlərə Rusiya və Çini qitənin liman, baza və hava məkanlarına tam şəkildə giriş əldə etmək imkanından məhrum etmək üçün Afrika ilə əməkdaşlığı genişləndirməyi məsləhət görüb. Əks halda, ABŞ-ın Afrika ərazisində və qitənin ətrafında azad hərəkəti təhdid altında olacaq.

Xəbər lenti
0