Ermənistanda müəmmalı istefaların səbəbi bilindi

© Sputnik / Dmitriy DubinskiyГлавный советник премьер-министра Армении Арсен Гаспарян во время телемоста Москва-Ереван-Минск-Астана (25 сентября 2018). Москвa
Главный советник премьер-министра Армении Арсен Гаспарян во время телемоста Москва-Ереван-Минск-Астана (25 сентября 2018). Москвa - Sputnik Azərbaycan
Abunə olmaq
Arsen Qasparyan uzun müddət Ermənistan Xarici İşlər Nazirliyində Yaxın Şərq regionu üzrə işləyib

BAKI, 16 avqust — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyanın baş müşaviri Arsen Qasparyanın istefaya göndərilməsinin səbəbi açıqlanıb. Sputnik Ermənistan bu ölkədə yayımlanan "Qraparak" (Meydan) nəşrinə istinadən xəbər verir ki, Qasparyan investorlara düzgün olmayan münasibət göstərdiyi üçün vəzifəsindən uzaqlaşdırılıb.

"Hökumətdə təmsil olunan şəxslər şübhələnirlər ki, onun davranışları nəticəsində bəzi investorlar Ermənistanı tərk edib", - deyə nəşr yazıb.

Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyan ötən gün iki müşavirini – Arsen Qasparyan (dərhal) və Aram Qəribyanın (sentyabrın 2-dən) işdən çıxarılması haqqında sərəncam imzalayıb.

Пресс-конференция премьер-министра Армении Никола Пашиняна (20 июля 2018). Еревaн - Sputnik Azərbaycan
Nikol Paşinyanın ətrafında zəlzələ xarakterli olaylar baş verir

Adı çəkilən hər iki şəxs Paşinyanın baş müşavirləri olub.

Arsen Qasparyan uzun müddət Ermənistan Xarici İşlər Nazirliyində Yaxın Şərq regionu üzrə işləyib. O, 1992-1997-ci illərdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə nümayəndə heyətinə daxil olub. 2006-2018-ci illərdə Mayamidə kollecdə və universitetdə dərs deyib.

Aram Qəribyan isə əvvəlki hökumətdə işləyib. O, 2008-2011-ci illərdə baş nazir Tiqran Sarkisyanın baş müşaviri, daha sonra isə hakimiyyət dəyişənə qədər Serj Sarksyanın müşaviri olub.

Sputnik Ermənistan bu şəxslərin son dövrlərdə iqtisadi məsələlərə cavabdeh olduqlarını yazıb. Onların niyə işdən çıxarıldıqları barədə fərziyyə belə yoxdur.

Bundan əlavə Paşinyanın köməkçisi Mqer Saakyan da istefaya göndərilib.

Xəbər lenti
0