Koçaryanın vəkili Ayk Amulyan

Yeddinci cəhd ya Koçaryanın şikayətinə niyə baxılmır

5
(Yenilənib 18:35 14.08.2019)
Qanunda göstərilir ki, bu növ ərizələrə dərhal baxılır

BAKI, 14 avqust — Sputnik. Ermənistanın ikinci prezidenti Robert Koçaryanın vəkilləri İnsan Haqları üzrə Avropa Məhkəməsinə sayca 7-ci şikayət məktubu göndəriblər. Sputnik Ermənistan xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Koçaryanın vəkili Ayk Amulyan bildirib.

O xatırladıb ki, iyunun 26-da onlar Koçaryanın girov qarşılığında azadlığa buraxılmasına dair ərizə veriblər.

"Qanunda göstərilir ki, bu növ ərizələrə dərhal baxılır. Bu gün avqustun 14-ü olmasına baxmayaraq, ərizəyə hələ də baxılmayıb", - deyə Amulyan qeyd edib.

Vəkil qeyd edib ki, ərizəyə baxılmamasına səbəb hakim David Qriqoryanın fəaliyyətinin dayandırılmasıdır. Yeni hakimə isə Koçaryanın məhkəmə işi verilməyib.

Xatırladaq ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd - Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb.

Seçkilərin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq, martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.

Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. O zaman prezident olan Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunub.

Bu ilin mayın 13-də Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, sabiq müdafiə naziri Seyran Ohanyan, müdafiə nazirinin keçmiş müavini, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş katibi general Yuri Xaçaturov və Ermənistanın baş nazirinin keçmiş müavini Armen Gevorkyanın məhkəməsi başlayıb.

Həmin şəxslər konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmağa görə ittiham edilirlər.

Bu ilin mayın 18-də isə Yerevanın birinci instansiya məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanı həbsdən azad edib.

İyunun 25-də Apellyasiya Məhkəməsi keçmiş prezidenti yenidən həbs edib.

5
Əlaqədar
Koçaryana Koçaryanla görüşməyə imkan vermədilər
Koçaryanı azadlığa buraxmış hakimin kabinetində axtarış aparıldı
Koçaryan vaxt verdi: “Bu hakimiyyət çox qalmayacaq”
Koçaryan vaxtilə saymadığı qurumdan kömək istəyir
ABŞ Konqresinin binası, arxiv şəkli

Amerika Senatı Rusiyaya qarşı növbəti sanksiyaların tətbiqini tələb edib

11
(Yenilənib 10:20 23.10.2020)
Senatorlar dövlət katibi Mayk Pompeo və Maliyyə katibi Stefan Mnuçini rusiyalı bloger Aleksey Navalnının zəhərlənməsi ilə əlaqədar yaranmış vəziyyətə görə Rusiyaya qarşı sanksiya tətbiq etməyə çağırıb.

BAKI, 23 oktyabr - Sputnik. ABŞ-ın bir neçə senatoru dövlət katibi Mayk Pompeo və Maliyyə katibi Stefan Mnuçinə məktub ünvanlayıblar. Məktub rusiyalı bloger Aleksey Navalnının zəhərlənməsi ilə əlaqədar yaranmış vəziyyətə görə Rusiyaya qarşı sanksiya çağırışlarını özündə əks etdirir. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb. 

Məktubu Demokratlardan Ben Kardin, Dik Durbin, Kris Kuns, Respublikaçılardan isə Mitt Romni, Marko Rubio və Rojer Uiker imzalayıb. 

11
Vaşinqtonda Ağ Ev, arxiv şəkli

ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib

17
Federal siyahıda İranın İslam İnqilabı Keşikçiləri Korpusu ilə əməkdaşlıqda şübhəli bilinən bir sıra təşkilatların adları yer alıb.

BAKI, 23 oktyabr - Sputnik. Amerika Birləşmiş Ştatları İrana qarşı sanksiyalar siyahısını genişləndirib.

Sputnik Aərbaycan xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb. 

Federal siyahıda İranın İslam İnqilabı Keşikçiləri Korpusu ilə əməkdaşlıqda şübhəli bilinən bir sıra təşkilatların adları yer alıb. Sanksiyalar o cümlədən İranın İraqdakı səfiri İrac Masjediyə də şamil edilib. 

Maliyyə Nazirliyinin bəyanatında qeyd olunur ki, İranın rəsmi qurumları Birləşmiş Ştatlarda "demokratik prosesi dağıtmaq" məqsədi ilə KİV adı altında maskalanır.

17
Bakı küçələrində dezinfeksiya işləri, arxiv şəkli

Paytaxt yenə dizenfeksiya olunacaq

0
(Yenilənib 10:20 23.10.2020)
Maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur

BAKI, 23 oktyabr — Sputnik. Son günlərdə COVID-19-a yoluxanlarının sayının artması nəzərə alınaraq oktyabr ayının 24 və 25-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.

0
Teqlər:
Bakı, dezinfeksiya, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər