Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan

Yerevan Vaşinqton arasında problemlər var Mnatsakanyan etiraf etdi

16
(Yenilənib 15:08 14.08.2019)
Bu il ərzində ABŞ-la ən yüksək səviyyədə "siyasi dialoqa dair defisit olmayıb"

BAKI, 14 avqust — Sputnik. Rəsmi Yerevan Vaşinqtonla siyasi dialoqa dair defisit hiss etmir. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Yerevanda uruqvaylı həmkarı Rodolfo Nin Novoa ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar və Ermənistan arasında dialoq son zamanlar çox aktivdir: "Dialoqun davamlılığı və səviyyəsi bizim üçün prinsipial olaraq qaneedici səviyyədədir. Ən yüksək səviyyədə görüşə gəldikdə isə bu bizim gündəlikdə olub və hazırda da qalmaqdadır. Əminəm ki, bu an da gələcək".

O, bir daha xatırladıb ki, bu il ərzində ABŞ-la ən yüksək səviyyədə "siyasi dialoqa dair defisit olmayıb".

Nazirin sözlərinə görə, ikitərəfli münasibətlərin gündəliyində həm problemli, həm də gələcək əməkdaşlığa yönələn çoxsaylı məsələlər var. Bu məsələlər daima müzakirə olunur.

Mnatsakanyan qeyd edib ki, bu tərəfdaş ölkələr arasında normal münasibətlərdir.

Xatırladaq ki, Ermənistan baş naziri sentyabrın sonunda ABŞ-a səfər etmək niyyətindədir.

16
Teqlər:
problemlər, diplomat, ABŞ, Ermənistan
Ombudsman Səbinə Əliyeva və İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik arasında görüş

İsrail səfiri Ermənistanın mülki şəxsləri hədəfə alan hərbi hücumlarını pislədi

3
(Yenilənib 18:55 28.10.2020)
Səfir: "İsrail dövləti hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqeyinin dəyişməz olduğunu bildirib".

BAKI, 28 oktyabr — Sputnik. Ombudsman Səbinə Əliyeva İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Diki qəbul edib.

Ombudsman Aparatından Sputnik Azərbaycan-a bildirilib ki, müvəkkil Azərbaycan və İsrail arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrinin yalnız iqtisadi-strateji baxımdan deyil, həm də ənənəvi tarixi mədəni köklərə əsaslandığını, Azərbaycan və İsrail xalqlarının daim tarixin çətin dönəmlərində qarşılıqlı anlaşmaya, tolerantlığa əsaslanan birgə yaşayış nümunəsini bütün dünyaya nümayiş etdirdiklərini bildirib.

Görüş zamanı Müvəkkil Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti və hərbi təcavüzü nəticəsində kütləvi insan hüquqları pozuntuları barədə məlumat verib. Müvəkkil bu ilin 27 sentyabr tarixindən Ermənistanın yeni torpaq iddiaları ilə Azərbaycana qarşı başlatdığı hərbi təcavüzü və hərbi təxribatları nəticəsində raket hücümuna məruz qalmış mülki yaşayış məntəqələrinə faktaraşdırıcı missiya fəaliyyəti çərçivəsində baş çəkdiyini, yaralanan mülki şəxslərlə və həlak olanların yaxınları ilə görüşdüyünü bildirib. Qeyd olunub ki, araşdırmalar zamanı toplanan faktoloji materiallar əsasında hazırlanan 4 aralıq hesabat aidiyyəti beynəlxalq qurumlara göndərilib.

© Photo : The Commissioner for Human Rights. (Ombudsman) of the Republic of Azerbaijan
Ombudsman Səbinə Əliyeva və İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik arasında görüş

Müvəkkil, həmçinin bu gün günorta saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən yenidən Bərdə şəhərinin mülki əhalinin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi ərazisinə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan zərbələr endirildiyini, nəticədə 20-dən çox mülki şəxsin həlak olduğunu, 60-dan çox şəxsin yaralandığını, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydiyini səfirin diqqətinə çatdırıb.

Səfir qeyd edib ki, Azərbaycan ilə İsrail arasındakı dostluq əlaqələri dərin tarixi köklərə malikdir. İki ölkə arasında iqtisadi, enerji, təhlükəsizlik və turizm sahəsindəki əlaqələr əlaqələr, eyni zamanda Azərbaycan və İsrail xalqları arasındakı qarşılıqlı münasibətlər də çox yüksək səviyyədədir. C.Dik Ermənistan tərəfindən mülki şəxsləri hədəf alan hərbi hücumların ciddi təəssüf hissi doğurduğunu və vəziyyətlə yaxından tanış olmaq məqsədilə Gəncə və Mingəçevir şəhərlərinə getdiyini, xəsarət alan və mülkləri zərər görən şəxslərlə görüşdüyünü bildirib. Səfir Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn tələblərinin pozularaq mülki şəxslərə qarşı edilən hərbi hücumların ciddi şəkildə insan hüquqları pozuntusuna yol açdığını vurğulayıb. Qeyd olunub ki, İsrail dövləti hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqeyinin dəyişməz olduğunu bildirib.

3
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Qərənfil

Lev Tolstoyun qızı erməni vandalizmi haqqında

18
Material 1915-ci ildə ermənilər tərəfindən Van şəhərinin dinc əhalisinə – türklərə qarşı törədilən soyqırımın canlı şahidi olmuş Aleksandra Tolstoyanın xatirələrini əks etdirir

BAKI, 28 oktyabr — Sputnik. Türkiyənin "Alternatiftarih" portalı, Birləşmiş Ərəb Əmirliklərinin məşhur "Saadaonline" portalı, Misirin populyar "Əl-Vəsilə", "Nile Nyus", "Əl-Braq Nyus", "Dmc Nyus", İraqın "İraq Nyus" xəbər portalları Dövlət Tərcümə Mərkəzinin beynəlxalq virtual aləmdə yayılması məqsədilə müxtəlif dillərdə hazırladığı "Lev Tolstoyun qızı erməni vəhşilikləri haqqında" sənədli materialın yayımına başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, material 1915-ci ildə ermənilər tərəfindən Van şəhərinin dinc əhalisinə – türklərə qarşı törədilən soyqırımın canlı şahidi olmuş Aleksandra Tolstayanın xatirələrini əks etdirir.

18

Bölmələrimiz şəhər rayonlarımıza atəş açanları məhv edib - VİDEO

34
Oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

BAKI, 28 oktyabr - Sputnik. Humanitar atəşkəs rejimini kobudcasına pozaraq şəhər və rayonlarımıza atəş açan düşmənin qüvvə və vasitələrini Azərbaycan Ordusunun bölmələri darmadağın edib.

Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

2020-ci il oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

Nəticədə 21 nəfər həlak olub, 70-dən çox şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

 

34
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə