Cavad Zərif

Cavad Zərif müharibədən danışdı, Trampın müşavirləri gerçəyi görsəydilər...

23
(Yenilənib 12:31 14.08.2019)
Əgər Donald Trampın ətrafında yaxşı müşavirləri olsaydı, bu gerçəyi görə bilərdi

BAKI, 14 avqust — Sputnik. İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bəyan edib ki, Birləşmiş Ştatlar və onun müttəfiqləri bölgədə gərginliyə səbəb olurlar. Sputnik Türkiyə xəbər verir ki, bunu Zərif jurnalistlərə açıqlamasında bildirib.

ABŞ-ın İrana qarşı təhrikedici siyasət yürütdüyünü vurğulayan İran Xarici İşlər naziri qeyd edib: "Birləşmiş Ştatlar İranın müdafiə proqramına qırmızı xətt çəkə biləcək səlahiyyətə malik deyil. Açıq və dəqiq olan bir şey varsa, o da İranın müharibə axtarışında olmamasıdır. Biz öz xalqımızın rifahını və inkişafını istəyirik".

İranın Birləşmiş Ştatlar olmadan belə nüvə anlaşmasına davam edə biləcəyini söyləyən Zərif razılaşmanın digər tərəflərinin də götürdükləri öhdəliklərə sadiq qalmalarının vacibliyini vurğulayıb: "Nüvə razılaşması indiyə qədər əldə olunmuş ən yaxşı razılaşmadır. Buna rəğmən, hər kəs üçün faydalı və yaxşı ola biləcək razılaşma əldə edə bilməzsiniz. Əgər Donald Trampın ətrafında yaxşı müşavirləri olsaydı, bu gerçəyi görə bilərdi".

23
Teqlər:
Məhəmməd Cavad Zərif, ABŞ, İran
Əlaqədar
ABŞ-a qarşı İran-Rusiya birliyi: Planlar pozulacaq
Trampdan gözlənilməz etiraf: "İranlılar heç vaxt məğlub olmayıblar"
Taliban hərəkatının döyüşçüsü, arxiv şəkli

Əfqanıstanda 700-dən çox "Taliban" üzvü azad edilib

9
(Yenilənib 23:57 30.05.2020)
Cavid Feysal Əfqanıstan hökumətinin son iki gündə 710 “Taliban”lını müxtəlif həbsxanalardan azad etdiyini bildirib.

BAKI, 30 may - Sputnik. Əfqanıstan hakimiyyəti iki gün ərzində “Taliban” radikal hərəkatının 700-dən çox üzvünü sərbəst buraxıb və bazar günü təxminən daha 300 nəfər azad ediləcək.

APA xəbər verir ki, bu barədə “Tolo News” telekanalı məlumat yayıb.

“Əfqanıstan Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Cavid Feysal Əfqanıstan hökumətinin son iki gündə 710 “Taliban”lını müxtəlif həbsxanalardan azad etdiyini, prezidentin əmri əsasında onların sayının iki minə çatdırılması üçün sabah başqa 290 nəfərin də azad ediləcəyini bildirib”, - deyə telekanalın məlumatında bildirilir.

9
Tallin şəhərinə mənzərə, arxiv şəkli

Estoniyada ictimai tədbirlərdə 100 nəfərədək iştirakçının toplaşmasına icazə verilib

8
(Yenilənib 23:57 30.05.2020)
Nəzərdə tutulan yumşalmaların kino nümayişləri, tamaşalar, konfranslar, yarmarkalar, konsertlər, festivallar, idman yarışları kimi ictimai tədbirlərə aid olduğu bildirilib.

BAKI, 30 may - Sputnik. Estoniya hökuməti iyunun 1-dən 30-dək ictimai tədbirlərdə 100 nəfər iştirakçının toplana biləcəyi barədə qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, hökumətin ictimaiyyətlə əlaqələr departamentinin açıqlamasına əsasən, nəzərdə tutulan yumşalmaların kino nümayişləri, tamaşalar, konfranslar, yarmarkalar, konsertlər, festivallar, idman yarışları kimi ictimai tədbirlərə, habelə əyləncə sektorunda kazinolara və oyun avtomatlarının yer aldığı məkanlara aid olduğu bildirilib.

İctimai tədbirlər üçün nəzərdə tutulan tələblər elmi-tədqiqat işləri və universitetlərin və tədqiqat institutlarının inkişafi üzrə fəaliyyət istisna olmaqla, ibtidai məktəblərə, orta ümumtəhsil məktəblərinə, peşə məktəblərinə və ali təhsil müəssisələrinə, həmçinin ixtisasartırma kursları müəssisələrinin, açıq gənclik mərkəzlərinin, asudə vaxt fəaliyyətlərinin və əlavə təhsilinin təşkilinə də tətbiq olunacaq.

8