Təzə "Santa-Klaus": başı köhnə televizordur - VİDEO

Abunə olmaq
Virciniya küçələrində yeni hoqqa: kimisi qorxur, kimisi də polisə gülür

BAKI, 14 avqust — Sputnik. Virciniyada başına köhnə televizor maskası keçirən adam küçələri dolaşaraq təxminən 60  evin yanına köhnə televizor qoyub.

Sputnik bildirir ki, bazar günü Henriko dairəsinin polisləri saatlarla küçələrdən köhnə televizorları yığıblar. Polis hesab edir ki, bu, bir nəfərin işi deyil.

Onlarla müşahidə kamerasına düşən görüntülərdə isə ancaq bir süjet var: başında köhnə televizor maskası olan adam köhnə televizoru evin yanına qoyub sakitcə çıxıb gedir.

Bəzi sakinlər qorxsalar da, polislərə gülənlər də var.

"O istəyir ki, onu televizor Santa-Klausu adlandırsınlar, ya da bilmirəm", - qapısının ağzına qoyulmuş köhnə televizorun yeni "sahibi" olan Cim Brusbank deyib. - İndi yaydır. Hamı məktəbə qayıtmağa hazırlaşır. Yəqin ki, "televiziyaçı" bizim həyatımıza bir qədər yumor qatmaq istəyib".

Hempşirdən olan başqa bir sakin, Maykl Kroll isə əvvəlcə elə bilib ki, bu televizoru oğlu düzəldib, kollecə aparmaq üçün. Amma sonra müşahidə kamerasına baxanda hər şey aydın olub:

"Əgər bütöv bir rayona bu qədər televizor paylayıblarsa, deməli, vaxtları çox olub. Məncə, bu, zarafatdır. Kollecin bəzi tələbələri, yəqin, darıxırlar".

Polis bildirib ki, televizor paylayan şəxs və ya şəxslər ələ keçərlərsə, əmlaka qanunsuz müdaxilə ittihamı ilə üzləşə bilərlər.

Xatırladaq ki, ötən il də Virciniyada oxşar hal yaşanmışdı. O vaxt evlərin yanından 20-dək köhnə televizor yığılmışdı, onları "alanlar" isə builkilər kimi zarafatla qarşılamır, daha çox skeptisizm nümayiş etdirirdilər.

Xəbər lenti
0