Hülusi Akar Türkiyənin B və C planlarından danışdı

© AFP 2023 / BULENT KILICГлава Минобороны Турции Хулуси Акар
Глава Минобороны Турции Хулуси Акар - Sputnik Azərbaycan
Abunə olmaq
Hülusi Akar Türkiyə və ABŞ-ın birgə hərəkat mərkəzinin yaxın zamanlarda qurulacağını deyib

BAKI, 12 avqust - Sputnik. Türkiyənin milli müdafiə naziri Hülusi Akar rəsmi Ankara ilə ABŞ-ın Suriya böhranının həlli ilə bağlı danışıqlar apardığını açıqlayıb.

NTV xəbər verir ki, Hülusi Akar Türkiyə və ABŞ-ın birgə hərəkat mərkəzinin yaxın zamanlarda qurulacağını bildirib.

“Bizim B və C planlarımız hazırdır, bununla bağlı addımlar atacağıq”, - Akar əlavə edib.

Nazir Suriyada “sülh dəhlizi”nin eninin 30-40 kilometr olmasının vacibliyini vurğulayıb.

O, Rusiyadan alınan S-400 hava hücumundan müdafiə sistemlərinin ikinci batareyasının yerləşdirilməsi üçün məkanların seçilməsi istiqamətində işlərin görüldüyünü də diqqətə çatdırıb.

Xəbər lenti
0